Əziz Qadin.Netlilər, sizə hər hansı bir daimi ordusu olmayan 24 ölkənin yer aldığı siyahını təqdim edirəm. Əminəm ki, sizin də marağınıza səbəb olacaq:
1. Andorra
3 iyun 1993 –cu ildə edilən sözləşməyə görə bu seçkin Avropa ölkəsinin lazımi vəziyyətdə əsgər baxımdan qorunması İspaniya və Fransa tərəfindən təmin edilir.
2. Kosta Rika Bu Orta Amerika ölkəsinin Konstitutsiyasına görə 1949 –cı ildən bu yana ordu saxlanması qadağandır.
3. Dominikan Bu şirin Karayib ölkəsində, 1981 –ci ildə ordunun çevriliş etməsindən bu yana ordu saxlanılmır.
4. Qrenada 1983 –cü ildə ABŞ işğalı ilə başlayan dövrdən bu yana ölkədə ordu yoxdur. Asayiş sadəcə yerli mühafizə gücləri ilə təmin edilir.
5. Haiti 1995-ci ildə ordu tamamən tərxris edildi. Geri gətirilməsi üzərinə ayaqlanmalar çıxınca milli polis gücü kiçik bir ordu dəstəsi saxlamağa başladı.
6.İslandiya Ölkədə 1869-cı ildən bəri bir ordu yoxdur. Birləşmiş Krallıq ilə hərbi təhlükəsizlik sözləşməsi olduğundan NATO –ya üzvdür. Sülh gücü üçün hərbiçilərlə polis, hava, quru və sahil təhlükəsizlik qüvvələri saxladığı üçün tamamilə təchizatsız deyildir.
7. Kiribati Bu Okean ölkəsində icazə verilən tək təhlükəsizlik qüvvəsi polis təşkilatı və sahil mühafizədir.
8.Lixtenşteyn Bu kiçik Avropa ölkəsinin ordusu, 1868-ci ildə ölkəyə çox məsrəfli olduğu üçün dağıdıldı. O gündən bu yana İsveçrə tərəfindən mühafizə olunur.
9. Marşall Adaları Adalar, ABŞ tərəfindən qorunur.
10. Mikronezya Federal Ştatları ABŞ qoruması altında olan bir digər dövlətdir.