Qadin.NET / Evlənmək təklifi üçün möhtəşəm yerlər

Evlənmək təklifi üçün möhtəşəm yerlər

Siyahımıza başlayarkən içinizdə bizdə o bəxt harda dediyinizi duymuş kimiyik, fəqət unutmamaq lazımdı ki, gerçək eşqin olduğu yerdə məkan, zaman heç fərq etməz. Bu siyahıda sadəcə evlənmə təklifi üçün ən gözəl şəhərlərdən danışırıq. Şanslısınızsa bunların birində evlənmə təklifi alarsınız.  

Evlənmək təklifi üçün möhtəşəm yerlər

Paris

Bu şəkildə bir siyahı hazırlanırsa, ilk sırada olacaq şəhər təbii ki, Paris olmalıydı. Fransanın paytaxtı Paris aşiqlər üçün vazkeçilməzliyini yüz illərdi saxlayır. Minlərcə şairə ilham qaynağı olmuş, onlarca müharibə görmüş fəqət heç yıxılmamış şəhər Paris. Şanslısınızsa evlilik təklifini ən yaxşı alacağınız yerlərdən biri Parisdir.  

Evlənmək təklifi üçün möhtəşəm yerlər

Waipi-o Vadisi, Havai

Romantika: Waipi-o vadisi Havai böyük adasının şimal-şərq sahilində yer alır və adını burada basdırılmış olan köhnə Havai sülaləsindən alır. Belə deyilincə məzarlıq kimi olduğunu düşünməyin, mənzərənin gözəlliyi sizə eşqi yenidən hiss etdirəcək. Waipio Wayside Inn otelinin sahibi Jacqueline Horne mənzərəni belə anladır: “ yamaclardan görülən tarlalar və nilufər çiçəkləri ilə dolu olan göllər, yamyaşıl ərazilər, uzaqda görülən yamaclar , şəlalələrlə dolu bir mənzərə... Yeddi ədəd çay vadini dolaşaraq ən axırda okeana çatır və arada tarlaları kəsərək göllərlə birləşərək mükəmməl bir tablo yaradır.” Bütün bunlarla bərabər mənzərənizə ən uzun sahilə sahib qara qumlu çimərlik də əlavə olunur. Xərci: Waipio Wayside Inn otelinde bu mənzərəni təqdim edən otağın qiyməti 200$-dır. Vadidən Na'Alapa axırlarına gedən yolda 2.5 saatlıq səyahət isə 94 $-dır. 

Evlənmək təklifi üçün möhtəşəm yerlər

Sentral Park( Mərkəzi park) Nyu - York

Romantika: Kolumbus qovşağından parka girincə Tomas Keller tərəfindən hazırlanmış mükəmməl yeməklər və Per Se restoranı, sizə Manhattanda evlilik təklifi etmək üçün lazımı şəraiti verir. Hətta belə bir restoranda yer ayırtmağı bacara bildiyiniz üçün belə nə qədər “ evliliyə uyğun” bir insan olduğunuzu isbatlaya bilirsiniz. Xərci: Per Se restoranının doqquz qablıq menyusunda istiridyədən kürüyə qədər hər şey var. Adam başına xərci 325 $ və şərab bu qiymətə daxil deyildir. Daha az xərc çəkmək istəyirsinizsə parkın içindəki girişin təxminən 30 $ olduğu oLoeb Boathouse Lakeside restoranını seçə bilərsiniz. 

Evlənmək təklifi üçün möhtəşəm yerlər

Fici

Günün qürub etmə mənzərəsi və dünya səviyyəsində tanınan dalış nöqtələri ilə Fici eyni zamanda mükəmməl romantika üçündə ideal bir yerdir.Sıra adalarının çoxunda butik otellər mövcuddur. Məsələn kiçik bir ada üzərində olan Royal Davui romantik gəzintilər üçün uyğun bir yerdir. Otel Sand Quayda sizə şampanlı gəzinti hazırlaya bilər. Sakit okean mənzərəsi, mərcan qayalarıı ilə dalğalar ayaq izlərini silərkən siz də adanın sanki yenidən yaradılışına şahidlik edə bilərsiniz.( Otel bura gündə sadəcə bir cütlük gətirir) Bir işçi sizi ora aparır və bir neçə saat sonra geri aparmaq üçün gəlir. Gəldiyində təbii ki, birinizin barmağında briliant üzük görmək istəyir. 

Evlənmək təklifi üçün möhtəşəm yerlər

London

Əgər London sizin üçün ideal bir şəhərsə, gözəl mənzərəli terraslar ( eyvan) və çaylar romantik mühit üçün çox mükəmməl yer olacaqdır. Şəhərin ən əsas binalarından biri olan The Sahrdın başına çıxın. Özünüzə uyğun bir yer tapın və bütün London ayaqlarınız altındaykən təklifinizi edin.  

Evlənmək təklifi üçün möhtəşəm yerlər

Mulia, Bali

Hər nə qədər elə də çox insane bu İndoneziya gözəlliyini bal ayı üçün seçim etsə də, Bali tamamilə evlilik təklifi etmək üçündə mükəmməl bir yerdir. Nusa Duadakı ən gözəl otellərdən biri olan Muliada daha çox romantika üçün yüksəkdəki villaları seçin. Yüksək divarlarla əhatəli bu villalarda hovuz, açıq hava duşu və mükəmməl tropik bağçalar vardır. Okean və Hindu məbədi mənzərəsi isə bənzərsizdir. Bu mənzərəyə qapılıb təklifdən sonra burada evlənmək istərsəniz otelin hovuzu içində olan “ üzən” bir yeri də vardır.

15 iyul 2016
GO BACK