Əminəm ki, bir çoxları yay tətilinin planlarını hazırlayıb. Və bu istirahət məkanına gedəcək yolu necə qət edəcəklərini düşünüb, götür-qoy ediblər. Bəs düşünməmisinizmi ki, bu yol heç də asan qət edilməz. Xüsusən də heç nəyin planlaşdırdığınız kimi getməyəcəyi anlar yaşaya bilərsiniz və bu qaçınılmazdır.
Səfər zamanı yol kənarında şiş kabab yeyəcəyinizi planlaşdırdığınız halda, heç bir səviyyəli restoran, kafe tapa bilməməklə üzüzə qala bilərsiz. Hətta içində nəyinsə olduğuna dair min şahidə gərək duyan lavaşarası yeməklə yoluna davam etməli olarsınız.
Radioda eşitdiyiniz ən heyrətamiz musiqilərə "Əsl yol mahnısıdır" deyib, onlardan ibarət diski səfər zamanı dinləməyə qərar versəniz, yolun tam yarısınsa səssizliyə üstünlük verəcəksiniz.
Maşında kondisioner var deyə günün günorta çağında yola çıxarsınız və nəticədə kondisionerin istiliyini deyil, günəşin od yağan istisini duyarsız. Hələ əlimizə keçəni pəncərəyə tutub günəş şuasının qarşısını kəsməyə çalışarsınız.
Yol uzundursa, maşında dostların olması daha maraqlı və daha əyləncəli olar deyə düşünərsiniz. Ancaq yolun tən yarısında mübahisə yaranma ehtimalı heç də az deyil.
"Benzin doldurmağa gərək yoxdur, çən doludur və yolumuza bəs edəcək" deyib, yolun bitməsinə az qalmış benzin doldurma mərkəzi axtarmağa çıxarsız. Bəzən təkcə benzin üçün fərqli istiqamətə kilometrlərlə yol qət etməli olarsınız. Ehtiyat igidin yarağışıdır.
"Ora çox yaxındır. Tələsməyə gərək yoxdur" desəniz də yolda hər hansı təmir səbəbindən ləngiməyiniz mümkündür.
İki günlük səyahət üçün iri yol çantası hazırlayarsız. Ancaq yenə də "elə bil nəyisə unutdum" fikrindən xilas olmazsınız.
"Heç dayanmadan getsək dörd saata ordayıq" düşüncəsiylə yola çıxarsınız və tez-tez ayaqyolu üçün saxlamalı olar, və ya mədə bulantısı olan uşaqlarınızla məşğul olmağa daha çox zaman xərcləmiş olarsınız.
Hara gedirsiniz gedin, bir gecə əvvəldən uşaq kimi həyəcanlanarsınız. Ancaq bu həyəcan "ee hələ çox qaldı? Çatmadıq? Nə qədər qadı?" suallarının dilə gəlməsi ilə keçər.