Uşaqlıq illəri ən gözəl çağlarımızdan biridir. Təəssüf ki, bir vaxt gəlir və uşaqlığımızla vidalaşmalı oluruq. Uşaqlıq illərini rəsm əsərlərində canlandıran istedadlı rəssamların əl işləri ilə sizi tanış etmək istəyirəm.
1. Uşaq qayğısızlığı Donald Zolanadan
Donald Zolananın illüstrasiyaları xoşbəxt bir dünya yaradır.
Dostluq hər şeydən üstündür.
Xoşbəxt uşaq dünyası.
Oğlan pişik balası ilə oynayır.
2. Aleksey Slusardan kətan tablosunda günəş uşaqlığı
Dnepropetrovskdan olan rəssam Aleksey Slusar erkən yaşlarından rəsm çəkməyə başlayıb. Uşaqlığa həsr olunmuş əsərləri, düzülmüş günəş işığı və sadə sevinc hissini bizə xatırladır.
Dənizdə qum ilə oyun.
Qız göyərçinləri yemləyir.
Mehriban qağayılar.
3. Robert Dunkandan kənddə tətil
Amerikalı rəssam Robert Dunkan 11 yaşında rəsm çəkməyə başlayıb.
Yay aylarını nənəsi babası ilə Vayominqdə rançoda keçirərkən, sadə kəndli həyatını müşahidə edirdi. Məhz rançoda o açıq məkanı və geniş kəndli həyatını sevdi.
Əsl qış tətili.
Xizəkdə sürüşmə.
Qar adamı hazılayırlar.
4. Aleksandr Averindən sahildə uşaqlıq
Aleksandr Averinin rəsmlərində qaranlıq qəmqinliyi yoxdur, yalnız rahatlıq və sevinc hissi var. Yalnız sahil, sakit yay günəşi sahilində qayğısızcasına oynayan uşaqlar.
Nəzarət altında.
Balıq tutmada.
Dəniz xərçəngi axtarışında.
5. Ev rahatlığı Cim Deylidən
Amerikalı rəssam Cim Deyli 12 yaşında rəsm çəkməyə başlamışdır. İndi onun şəxsi əl işləri muzeydə saxlanmaqdadır.
Yuxu ciddi nəzarət altında.
Qayğısız uşaqlıq.
Tonqalın yanında.
Tərcümə etdi: Ellada Babayeva