Avropada dəbdir bu restoranlar. Orda siz nə kökələcəksiz nə də doyacaqsız. Bu cür yerlərə insanlar yemək yemək üçün gəlmir. Buranın öz ab – havası var. Yeməklərin ölçüsü üskük qədər kiçikdir. Əvvəllər fransa bu qaydaya əməl edirdisə, indi digər ölkələrdə də bu dəb halını alıb. İtaliyada və ya Çexiyada, axı kimin ağlına gələrdi! Yaxşı mətbəxi olan ölkələrdə bu cür vəziyyətlə rastlaşmaq olar. Ən populyar yeməklər süfrədə. Hələlik isə şərab və su.
Bu üç tələbi "slou-fuda" az, uzun və baha.
Bir az tərəvəz və siyənək balığı . Hər şeyin otuz qram çəkisi var. Bax bu bir porsiya. Siz yeyirsiz balığı və başa düşmürsünüz ki, nə baş verib.
Qırx dəqiqə gözləmədən sonra. Siyənək balığı çoxdan həll edildi, siz dadını belə artıq unutduz. İkinci xörək süfrəyə təqdim edilir. Çipsı, bir də bir az balıq, artıq başqa yeməkdir. Yediniz, doymadınız, yenə çörək çeynəməyə davam edirsiz.
Süfrəyə əsas yemək gətilir. Donuz əti ilə kartof. Kartof belə səxavətlə yeməyin üzərinə qoymuşdular ki, onu həddindən çox yemək istədim.
"Tənha varenik". Bu isə yemək deyil, hansısa müasir incəsənət əsəridir.
Sonuncu yeməyi gözləyən zaman, dözməyib özümə bu cür kompozisiya etdim "daş boşqabda" . Bişirilmiş kartofa bənzəyir porsiyasıda çoxdur.
Tərcümə: Ellada Babayeva