Məhəmməd peyğəmbər (s.ə.s)ın qızının və əmisi oğlu Əli (ə)ın övladları olan Hz.Hüseyinin Kərbəla şəhərində yerləşən türbəsini hər il milyonlarla insanı ziyarət edir.
Peyğəmbərin nəvəsi Hz.Hüseyin və 1-ci Yezidin ordularının döyüşməsi, Hüseyin(ə) başçılıq etdiyi ordunun şəhid olması ilə nəticələnən müharibənin sonra Hüseyinin(ə)ın şəhid olduğu yerdə tikilən türbənin adı Beynul Haremeyn-dir.
Ərəb dilində iki türbə mənasına gəlir. İkinci türbə Abbas Bin Əliyə məxsusdur.
Daha sonra hazırlanan iki məzar Əməvi ordusu tərəfindən dağıdıldı.
Bir neçə zaman sonra mesəlmanlar tərəfindən türbələr tikilmişdir. Bu da Əməvilər tərəfindən dağıdılmışdı. Amma sevənləri tərəfindən yenidən hazırlanmışdı.
Yeni tikilmiş türbəyə minarədə əlavə etmişlər. Ətrafını çəpərə salıb içini isə bəzəmişlər.
İllər sonra türbənin rəngini dəyişimiş və böyütmüşlər.
Əməvilərin hücumlarına baxmayaraq təslim olmurdular, inadla işlərini davam edirdilər.
Şəhər inkişaf etmiş ətrafına qalalar tikilmiş və Hüseyn(ə) türbəsinin yanına Hz. Abbasında türbəsi tikilmişdi.
Bu şəkil 1915-20li illərə aiddir. Solda görünən Hz.Abbasın, sağdakı isə Hz.Hüseyinin türbəsidir.
Hz.Hüseyinin məzarının yerləşdiyi yerdir bura. Qızıl günbəzinin altı. Gümüş və qızıl örtülü olan məzarın yerləşdiyi hissəyə Zerih-i Şərif deyilir. Dünyada Quranın bütün ayələrinin üzərində yazıldığı yeganə tikili Hz.Hüseyinin Kərbəladakı məzarıdır.
Bu bölmə Sahn-ı Şərif deyilir. Ziyarətə gələnlər burada namaz qılır, Quran oxuyur, ibadət edirlər.
Hüseyin(ə)ın türbəsin gümbəzi, minarəsi, qapısı qızıldandır. Türbə tamam qızıldandır. Amma Hz.Abbasın türbəsinin yarsı qızıldandır.
Türbədə daim qırmızı və yaşıl işıqlardan istifadə olunur.
Bura dünyanın hər yerindən ziyarətə gəlirlər.
Allah bizlərə də buranı ziyarət etməyi qismət etsin. Amin.