Qadin.NET / Çəhrayı göllər

Çəhrayı göllər

Su yerinə çiyələkli südlə dolu kimi görünən çəhrayı göllər qırmızıdan bənövşəyiyə uzanan rənglərini dəniz yosunlarından alırlar. Böyük əksəriyyəti duz gölü olan bu təbiət möcüzələri fəsildən fəsilə rəng də dəyişdirə bilir.

 

 

Çəhrayı göllər

 

Masazır duz gölü Azərbaycan

Masazır gölü Azərbaycan Respublikasının Abşeron rayonun ərazisində, paytaxt Bakıdan 21 km şimal-qərbdə yerləşir. Bu göldən 1813-cü ildən başlayaraq mütəmadi şəkildə duz hasil olunur. Masazır gölünün uzunluğu 4.7 km, ortalama eni 2.1 km, ümumi sahəsi 10 km2-dir. Gölün dərinliyi 0,2 metrdən 3 metrə qədərdir. Masazır duz gölündə duz iki vəziyyətdə mövcuddur: gölün dibində olan duz layı şəklində və gölün suyunun tərkibində məhlul şəklində. Göl suyunda NaCl miqdarı 270 gr/litrdir, göl suyunun ümumi mineralizasiyası 330 gr/litrdir. Masazır gölünün cəmi duz ehtiyatı 1.735.000 tondur.

 

 

Çəhrayı göllər

 

Hillier Gölü, Avstraliya

Qərbi Avstraliyada yer alan bu göl parlaq gül çəhrayısı rəngi səbəbiylə ən şöhrətli çəhrayı göllərdən biridir.

 

 

Çəhrayı göllər

 

Retba gölü, Senegal

Dakarın şimal şərqində olan Retba gölü çəhrayı rəngi çox gözəl görsənir. 40%-a çatan duz nisbəti sayəsində göldə batmaq mümkün deyil.

 

Çəhrayı göllər

 

 

Salina de Torrevieja, İspaniya

İspaniyanın cənub şərqində olan gölün yaratdığı mikroiqlimi sayəsində bölgə Avropanın ən sağlam həyat sahəsi seçilmişdir. Üstəlik göldən əldə edilən duz da çox keyfiyyətlidir.

 

 

Çəhrayı göllər

 

Hutt Gölü, Avstraliya

Qərbi Avstraliyada yer alan gölün rəngi içindəki su yosunlarının nisbətinə görə qırmızıya da çevrilir.

 

 

Çəhrayı göllər

 

Dusty Rose Gölü, Kanada

Dusty Rose gölündə duz yoxdur. Onun gül çəhrayısı rənginin səbəbi dağları aşaraq gələn axar sulardır. (şəkildə də görə bilərsiniz) Bu axar sular çəhrayı rənglərini bölgəyə xas qayalardan alırlar.

 

 

Çəhrayı göllər

 

Pink Gölü, Avstraliya

Qərb Avstraliyada olan bu gölə rəngini yalnız yosun vermir. Çəhrayı rəngli Brin krevetləri də gölün rəng almasında böyük rolları vardır. Göl eyni zamanda bir quş cənnəti adlandırılır.

 

 

Çəhrayı göllər

 

Quairading Gölü, Avstraliya

 Ortasından yol keçən bu gölün xüsusiyyəti ilin müəyyən vaxtlarında yarısının tünd qırmızıya çevrilməsidir.

 

 

Çəhrayı göllər

 

Duz Gölü, Çanakkale Bozcaada

Bozcaadadan olan çəhrayı göl yüksək nisbətdə duz ehtiva etdiyi üçün bölgə xalqı tərəfindən duz gölü olaraq adlandırılır. Rəngi bəzən qırmızıya da dönən gölün ətrafı antik sütunlar və qalıqlarla doludur.

 

 

Çəhrayı göllər

 

Avstraliyada yer alan Çəhrayı Göllər Bölgəsi

Hər biri fərqli çəhrayı rəngdədir, çünki ehtiva etdikləri yosunların dərəcələri müxtəlifdir.

23 iyun 2015
GO BACK