Qadin.NET / Praqa Qradı (Praqa kremli)

Praqa Qradı (Praqa kremli)

 

Praqa Qradı (Praqa kremli)

 

Qalanın ilk hissələrinin yaradılması IX əsrə qədər gedir. İlk inşa edilən hissəsi kilsə binası olmuşdur. Georgios Bazilikası və Vitus Bazilikası X əsrdə inşa edilmişdir. Bohemya dövründə bir monastır Georgios Bazilikasının yanına əlavə edilmişdir.

Romanesk memarlıq üslubundakı bir saray da XII əsrdə əlavə olunmuş, XIV əsrdə də saray qotik üslub ilə yenidən inşa edilmiş, qalada gücləndirmə işləri aparılmışdır. Həmçinin Vitus Bazilikaya aid hissəsinin tikintisi ancaq altı əsr sonra tamamlanmışdır. Qala Bohemya müharibələri və sonrakı dövrlərdə, 1485-ci ilə qədər istifadə edilməmişdir. 1485-ci ildə kral Ladislaus II Jagello qalanın inşasını davam etdirmişdir. Benedikt Rejt tərəfindən hazırlanan olduqca geniş Vladislav dəhlizi, kral sarayına bu dövrdə əlavə edilmişdir. 1541-ci ildə böyük bir yanğın nəticəsində qalanın böyük bir hissəsi dağılmışdır.

 

Praqa Qradı (Praqa kremli)

 

Habsburg dövründə Renessans stilində bəzi yeni tikililər əlavə edilmişdir. Kral I Ferdinand xanımı üçün Belveder yay iqamətgahını inşa etdirmişdir. Kral II Rudolf bu məkanı davamlı olaraq istifadə etmişdir. 1600-cü illərdən etibarən baş verən müharibələr və xalq üsyanları nəticəsində qala ziyan görmüşdür. Məsələn, 1648-ci ildə sarayı qarət edən isveçlilər II Rudolfa məxsus kolleksiyanı da aparmışlar. Sarayda ən son yeni tikinti işi XVIII əsrin ikinci yarısında aparılşmışdır.

 

Praqa Qradı (Praqa kremli)

 

1918-ci ildə qala yeni yaradılan Çexoslovakiya Respublikasının prezident sarayı olmuşdur. Kral Sarayı və bağçalar sloveniyalı memar Joze Plecnikin layihəsi ilə bərpa edilməyə başlanmış, 1936-cı ildən etibarən bu vəzifəni Pavel Janak öz üzərinə götürmüşdür.

II Dünya müharibəsi zamanı Almaniya Çexoslovakiyanı işğal edəndən sonra qala işğal qüvvələri komandanı Reinhard Heydrichin qərargahına çevirilib. Müharibədən bina Soyuq müharibə boyu kommunist hakimiyyətinin idarələri kimi istifadə edilmişdir. Çexoslovakiyanın dağılmasından sonra Praqa qəsri Çexiyanın hökumət sarayı kimi istifadə edilməyə başlanmışdır.

Səbinə

9 may 2015
GO BACK