Qadin.NET / Turizm və növləri

Turizm və növləri

Turizm-tarixə səfər etmək,keçmişin izi ilə getməkdir.Şəhərlərin küçələrini yenidən kəşf etmək,əsrlər əvvəl inşa edilmiş saraylara,məscidlərə,türbələrə və s.toxunmaq və onları hiss etməkdir.

Turist səfəri nə ilə həyata keçirilməlidir?

1.Avtobus-Ən məşhur nəqliyyat vasitələrindən biri olan avtobusla ölkələrin ən baxımlı yerlərinə səyahət etmək mümkündür.

 

2.Qatar-Çox da tələsməyənlərə qatar səfərini tövsiyə edə bilərik.Ayrıca qatar səfərini yoldaşlarınızla və ailənizlə etsəniz səfərdə sıxılmazsınız.

 

 

3.Gəmi-Dəniz səyahətini sevənlər gəmi və ya bərə iləsəyahət edə bilərlər.Xarici ölkələrdə uzun yolçuluqda və ya bəzi sahil şəhərlərinə gəmi ilə səyahət xüsusilə zövqvericidir.

  

4.Təyyarə-Uzun müddət səyahət etmək istəməyən və ya narahatlığı səbəbindən çox səfər edə bilməyənlər üçün təyyarə ilə səfər tövsiyə edilə bilər.

 

Səyahətə çıxmadan öncə:

Gəzintiyə çıxmazdan əvvəl gedəcəyiniz yer haqqında bir kitab oxumaq çox faydalıdır.Gəzərkən marağınızı çəkən yerləri yazıya almaq,fotoşəkil çəkmək və ya elektron yaddaşa qeyd etmək səyahətinizi daha unudulmaz və möhtəşəm edəcəkdir. 

Turizmin növləri:

1.Mədəniyyət turizmi: İnsanların yaşadıqları yerlərdən ayrılaraq başqa insanların yaşadığı yerləri,onların geyimlərini,yeməklərini,həyat tərzlərini,əl sənətlərini,arxitektura strukturlarını,tarixi əsərləri görmək üçün etdiyi gəzintilərdir

2.İnanc turizmi: İnsanların dini inanclarını reallaşdırmaq və ya müqəddəs yerləri görmək üçün etdikləri gəzintilərdir.

3.Yay turizmi:Təmiz hava,yamyaşıl meşələr,soyuq sular və ovsunlayıcı mənzərələriylə yay turizmi sakit bir tətil keçirmək istəyənlər üçün əvəzolunmaz bir fürsətdir.

Turizm və növləri

 

 

4.Dəniz turizmi:İnsanların dənizlə təmasda olmaq və istirahət etmək məqsədilə sahil şəhərlərinə səyahətidir.

5.İdman turizmi: İdman turnirinə səfəri reallaşdırmaq üçün edilən gəzintidir.Xizək,golf,dağ paraşütü və s.kimi idman yarışlarını seyr etmək üçün belə səfərlər çox maraqlıdır. 

Əzizlərim,siz turist səfərinə nə ilə çıxmağı xoşlayırsınız?Və turizmin hansı növünə üstünlük verirsiniz?

25 aprel 2011
GO BACK