Qadin.NET / Böyük Hind səddi

Böyük Hind səddi

Böyük Hind səddi

Xəbərin adını oxuyarkən bir çoxunuz nəsə yanlışlıq olduğunu zənn edə bilərsiz. Niyə, axı "Çin səddi" yox, "Hind səddi" deyə adlanıb? Ona görə ki, bu xəbərim məhz çoxumuzun bilmədiyi, varlığından hələ yeni xəbər tutduğu Böyük Hind səddi haqqındadır. Bu sədd uzunluğuna görə Dünyada ikinci səddir. "Kumbalgarh" (Kumbhalgarh) adlanan Hind səddi qərbi Hindistanın Rajasthan (Rajasthan) mahalından başlayır.

Böyük Hind səddi

36 kilometrlik çevrəyə malik bu səddin tikintisinə 1443-ci ildə, yəni Rana Kumbhanın (Rana Kumbha) hakimiyyəti ilə başladı. VIII əsrdə Hndistanın qərbində müstəqil Mevar krallığı və ya Udaypur krallığı vardı. Hakimiyyəti  Sisoduya tayfasından olan racalar idarə edirdilər. 

Tikintiyə Hindistanın yerli Maxaraca Rana Kumbha şimal-qərb rayonundan başlamışdı. 

Böyük Hind səddi

Səddin tikilməsinin əsas məqsədi yad xalqların gözlənilməz hücumundan qorunmaq idi. Bu sədd Kumbhanın və onun gələcək nəslinin müdafiəsi üçün tikilmiş və dəfələrlə Monqolların amansız hücumlarından qorunmağa kömək olmuşdu. Səddin tikilmə üsulunu və ərazisinin xəritəsini Kumbha özü hazırlamışdı və tikintinin daha sürətli və keyfiyyətli olması üçün yaxından izləmişdi.

 Böyük Hind səddi

Yüz ildən çox çəkən sədd tikintisi XIX əsrdə genişləndirilmişdir. Hal-hazırda sədd muzey qala kimi hər kəsin üzünə açıqdır.  Yeddi müdafiyə olunan qapıdan ibarət bu sədd dəniz səviyyəsindən 1100 metr hündürlükdə salınmışdır. Sədd 84 qaladan ibarətdir. Bu qalalar döyüş və hücumlar zamanı əhalinin və əsgərlərin sığınacaq rolunu oynayırdılar.

Bu 84 qalanın 32-sinin layihəsini şəxsən Maxaraca Rana Kumbha özü hazırlamışdı.  Bu səddin varlığından Dünya mediası  yaranmasından çox sonra, hətta bir neçə əsr sonra xəbər tutumuşdu. 

Böyük Hind səddi

Sunami dalğalarını araşdırmaq istəyən bir neçə tədqiqatçı tərəfindən tapılmış sədd gözəlliyi ilə hər kəsi valeh etmişdi.

Uzunluğu 224 km, hündürlüyü 3 metr, eni 2,5 metr olan bu sədd Dünyada ikinci ən böyük səd hesab olunur. 


11 mart 2016
GO BACK