Qadin.NET / Yaz-yay tətili üçün gəzməli yerlər

Yaz-yay tətili üçün gəzməli yerlər

Fransa, ABŞ, İspaniya, İtaliya, Türkiyə dünya turistlərinin ən çox sevdikləri istirahət məkanlarındandır. Bu ölkələrə ildə milyonlarla turist üz tutur. Lakin dünyada turistlərin diqqətini cəlb etməyən onlarla gizli məkan var. Ağ qumlu çimərliklər, mavi sular, fərqli mədəni kolorit, möhtəşəm mənzərə...

BMT-nin turizm idarəsi ən yaxşı halda bir neçə min turistin diqqətini çəkən 10 məkanın siyahısını hazırlayıb. 

Yaz-yay tətili üçün gəzməli yerlər

10. Palau (Sakit okean)

Palau respublikası ada dövlətdir. Fillipin dənizindəki bu dövlət 328 adadan ibarətdir. Ada mərcan rifləri, batan gəmi qalıqları, sualtı mağaralarla zəngindir. Bu mağaralarda sualtı gəzintini sevənlər tropik balıqlar, nəhəng molyuskalar tapa bilərlər. Quruda isə ekzotik quşlar, orxideyalar, timsahlar, dostcanlı yerli xalq insanı valeh edir. 

Yaz-yay tətili üçün gəzməli yerlər

9. Moldova 

Şərqi Avropada yerləşən bu ölkə Rumıniya ilə Ukrayna arasındadır. Əslində bura iqtisadi cəhətdən o qədərdə güclü inkişaf etmiş region deyil. Amma mədəni-tarixi baxımdan çox zəngindir. Lakin bu gözəl ölkəni ötən il cəmi 96 min turist ziyarət edib. 

Yaz-yay tətili üçün gəzməli yerlər

8. Şərqi Timor

Timor adasının şərq hissəsini tutan eyniadlı dövlətdir. Keçmiş Portuqaliya müstəmləkəsi olan bu adada günəş,dəniz, dağlar turistlərin vazkeçilməzlərindən ola bilər. 

Yaz-yay tətili üçün gəzməli yerlər

7. Dominik 

Bura sualtı turizmi sevənlər üçün əla yerdir. Dominiki Dominikan respublikası ilə qatmaq lazım deyil. 

Yaz-yay tətili üçün gəzməli yerlər

6. Sent Vinset və Qrenadin

Karib dənizində kiçik dövlət 32 kiçik adadan ibarətdir. Ağ qum, mavi dəniz hətta «Karib dənizinin quldurları» filminin rejissorlarını da ilhamlandırıb. Buranı banan cənnəti də adlandırmaq olar. 

Yaz-yay tətili üçün gəzməli yerlər 

5. İngiltərə

Mərcan lifli məkanlarda turistlər fərqli hisslər keçirə bilərlər. 

Yaz-yay tətili üçün gəzməli yerlər

4. Lixtenşteyn 

Dünyanın ən kiçik dövlətlərindən biridir. İsveçrə ilə Avstrya arasında yerləşir. Möhtəşəm təbiət, rəngarəng görüntü turistlərə unudulmaz tətil yaşada bilər. 

Yaz-yay tətili üçün gəzməli yerlər

3. Niue (Sakit Okean) 

Niuedə 1,5 minə yaxın insan yaşayır. Adanın 20% meşələrdən ibarətdir. Burada internet pulsuzdur. Belə ki, Niue 2003-cü ilsə pulsuz WiFi şəbəkəsi quran yeganə adadır. 

Yaz-yay tətili üçün gəzməli yerlər

2. Monserrat 

Böyük Britaniyanın Karib dənizindəki daha bir adası. Bir zamanların çox məşhur kurort zonası olub. Lakin 1989-cu ildə «Hyuqo» qasırğası buranın 90 faizini dağıdıb. Buna baxmayaraq əla vəziyyətdə olan çimərliklər hələ də az da olsa turistin diqqətini cəlb edir. 

Yaz-yay tətili üçün gəzməli yerlər

1. Kiribati (Sakit okean)

Kribati resbublikası 33 kiçik adadan ibarətdir ki, onların 20-i kəşf edilməyib. 1979-cu ildə Britaniya müstəmləkəsindən azad edilib. 

Aynur Alimuradbəyli

15 mart 2015
GO BACK