NASA Warp Drive texnologiyası üzərində işləyir.
Işıqdan sürətli getmək yerinə gəminin önündəki kosmosu büküb və arxasındakı kosmik boşluğu genişlədən Warp motorları işıqdan 10 qat sürətli səyahəti mümkün edir.Həmçinin,Eynşteynin işıq sürəti sərhədini aşmadan!Əvvəllər bir problem var idi : kosmik boşluğu bükmək üçün ən az Yupiter kütləsi böyüklüyündə yanacaq istifadə etmək lazım idi. NASA-dan Dr. Harold White və qrupu, yeni Warp mühərriki dizaynıyla bu problemi böyük ölçüdə həll edib.
Artıq, sadəcə 500 kq ekzotik maddə yanacağıyla yaxın ulduzlara 6 ayda getmək mümkündür. Günəş sisteminin xaricinə çıxan Voyager 1-in (doğru istiqamətdə getsəydi) bizə ən yaxın ulduz sisteminə 77 min ildə çatacağını düşünsək bu, insanlıq tarixində atılmış böyük addımdır.
Geriyə kainatda həqiqətən də ekzotik maddə olub-olmadığına və praktikada bir Warp gəmisi inşa edib-edə bilməyəcəyimizə baxmaq qalır. Dr. Harold White da məhz bunun üzərində çalışır.
Gerçək qəhrəman
Warp motorlu kosmik gəmiləri inkişaf etdirməyi bacarsaq, 50 işıq ili məsafəyə qədər olan ulduzları, insanları soyuducuda dondurmadan və ya gəmidə doğulub böyüyən nəvələrimizi görmədən, 6 aylıq müddətdə kəşf edə bilərik.Beləcə Kepler kosmik teleskopu də daxil olmaqla Dünyadakı digər teleskoplardan tapılan toplam 1795 planetin böyük bir qisimini insanlı uçuşlarla şəxsən ziyarət edə biləcəyik.Elm adamları qüsursuz bir kvant cazibə qaydası inkişaf etdirdiyi zaman, işıqdan sürətli səfər etmək böyük ehtimalla uşaq oyuncağına çevriləcək. Ancaq gəlin biz zamanı sürətləndirək və xəyal gücünün qanadlarıyla ulduzları indidən kəşfə çıxaq!
Kosmosun kəşfi
Astrofizik Neil deGrasse Tyson; həmkarı və mənəvi müəllimi olan Carl Sagan'ın 80-ci illərdən bu yana 600 milyon adam tərəfindən izlənən məşhur "Kosmos" seriyasının yeni versiyasında kosmosu, "təxəyyülün gəmisi" ilə kəşf edirdi (Cosmos - Bir uzay serüveni - Nat Geo). Halbuki NASA-nın warp motorlu kosmik gəmisinin şəkillərinə baxdıqda əsl texnologiyanın çoxdan xəyal gücünə yetişdiyini görürük. Texnologiya kainatda işıqdan sürətli səfər edərək uzaq ulduzlara çatma xəyalımızı reallaşdırmaq üzərədir və NASA-nın Johnson Kosmik Mərkəzindəki gizli Eagleworks iş qrupunu idarə edən Dr. Harold White ilə qrupu bunu bacarmaya söz verib.İlk baxışda bu şəkilləri hazırlayan qrafik Mark Rademaker'in boş xəyal arxasında qaçdığını düşünə bilərsiniz. Halbuki işıqdan 10 qat sürətli səfər etməyə şərait yaradan yeni Warp mühərriki üçün lazım olan yanacağın 500 kq-a salınması amerikalıların doğru yolda olduğunu göstərir.
İş prinsipi. Cihaz necə işləyir?
"Ulduz gəmisi" iki metal halqayla əhatə olunmuş vəziyyətdədir. Bu halqaların içindəki rulonlarda keçən elektrik axınları kosmik gəminin ətrafında bir Warp köpüyü yaradır.
Bu görünməz enerji sahəsi, gəminin kosmosu bükərkən səhvən özünü də əzib parçalamasını önləyir. Warp köpüyünün dərhal kənarında, gəminin burnunun azca yanında, halqa şəkilli Warp motorları kosmosu bükür. Gəminin arxa tərəfində isə kosmosu genişlədir.
Beləcə gəmi kosmosda sürətlənmədən, kosmosda tək addım atmadan boşluqda yol alır. Əslində kosmik gəmi heç hərəkət də etmir, lakin kosmik boşluğu eynilə eskalator kimi hərəkət edərək işıqdan sürətli hərəkət edir.Bunu belə izah edək, birinci halda A nöqtəsindən B nöqtəsinə ayaqla getdiyinizi, ikinci halda isə eskalator üzərində dayanıb heç hərəkət etmədiyinizi düşünək.Hər iki halda da B nöqtəsinə çatacaqsız, ancaq ikinci halda sizin hərəkət etmənizə ehtiyac yoxdur.Warp texnologiyasında kosmos, eskalator rolunu oynayır. Bu təsiri isə Warp gəmisinin mühərrikləri yaradır.
Gəminin yanacağı nədir?
Warp mühərriklərinin kosmosu bükməsi üçün böyük miqdarda enerji lazımdır. Nə benzin, nə raket yanacağı, nə də nüvə enerjisi buna yetmir.Burada antimaddədən istifadə oluna bilər, ancaq iş kosmosu bükməyə gəlincə məsələ yalnız yüksək enerji istehsalı deyil. Bizə bir də kosmosu bükmə qabiliyyətinə malik qeyri-adi bir yanacaq lazımdır.Hər nə qədər antimaddə, maddə ilə təmas etdiyində böyük bir partlayışla yox olsa da, antimaddə kainatı bükməyi bacarmır. Bunun üçün qeyri-adi xüsusiyyətlərə sahib ekzotik maddə istifadə etmək lazımdır.Kainatda ekzotik maddənin olub-olmadığı elm adamları arasındaki aktual müzakirə mövzusudur. Əgər ekzotik maddə varsa, bu şəkillərdəki texnologiyanı yarada bilərsiniz, kağız üzərindəki hesablamaları istifadə etməklə gerçək bir warp mühərriki inşa edə bilərsiniz. Yenə də nəzəri irəliləyişlər sevindirici haldır. Dr. White və qrupu, işıqdan 10 qat sürətli getməyi təmin edən 10 metr diametrindəki bir warp köpüyü yaratmaq üçün yalnız 500 kq ekzotik maddənin yetərli olduğunu söyləyirlər. Ən yaxın qonşumuz - təxminən 4 işıq ili uzaqdakı Proxima Centauri olduğuna görə bu sürətlə oraya 5 ayda gedə bilərik!
Ancaq bunun əldə edilməsi o qədər də imkansız deyil,təsəvvür edin ki, 1500-cü illərdə avropalılar Şimali Amerikaya 3 aya gedirdi və o zaman bir avropalıya "Gələcəkdə Amerikaya bir gündə gedə biləcəksiz" -desəniz,dəli olduğunuzu düşünərdi.
Yeni dünyalarda məskunlaşmaq
Bu halda Dünyadan 20 işıq ili uzaqlıqdakı Gliese 581g adlı ekzoplanetə də iki ildə çatacağıq. Magellanın yelkənli gəmisinin Dünyanın ətrafını 3 ildə gəzdiyini düşündüyümüzdə müdhiş bir səfərdir bu.Gliese 581g Dünyaya bənzəyən bir planetdir və bəlkə də bu planetdə həyat var. Bu baxımdan, işıqdan sürətli hərəkət edən ulduz gəmiləri kosmosda həyat olan başqa dünyalar tapmamızı asanlaşdıracaq. (Hər nə qədər Gliese 581g'nin cazibə Dünyadan 4 qat qüvvətli olsa da bu vəziyyət planetdə həyatın inkişafına mane deyil).
Yanacağa necə qənaət edildi?
Elm adamları warp köpüyü üçün lazım olan yanacaq miqdarını warp köpüyünü titrədərək azaldıb.Kağız üzərində edilən hesablamalarda, warp köpüyünü titrəşdirmələrinin kosmosun sərtliyini aldığını və kosmik boşluğa elastiklik qazandırdığını görürük.
Bəs, nə zaman işıqdan sürətli səfərə çıxırıq? Bəlkə də,yaxın 50 il ərzində bu mümkün olacaq. Çünki warp gəzintisi üçün iki şeyə ehtiyacımız var: 1) fiziklərin araşdırdığı kvant qaydası warp mühərriklərinə icazə verməlidir , 2) kainatda warp motorlarında istifadə ediləcək ekzotik maddə olmalıdır.
Alimlər yetəri qədər ekzotik maddə olmazsa,bu cihazı düzəldə bilməyəcəklərini düşünür.Ancaq Harold White, warp motorları üçün ekzotik maddə istifadə etməyə belə ehtiyac olmadığı fikirindədir və bu fikrini yeni növ warp mühərriki yaradaraq sübut etməyə çalışır!
Dr. White və qrupu "kvant qapanması" deyilən yeni bir mühərrik yaradır.Yeni mühərrik, laboratoriya testlərində müvəffəqiyyətli olsa, Warp gəmiləri varlığı mübahisəli ekzotik maddə istifadə etmədən,yəni bildiyimiz fizikanın xaricinə çıxmadan kosmosda işıqdan sürətli səfər edə biləcək. Məhz buna görə də, Warp gəmiləri önümüzdəki 50 ildə gerçək ola bilər.
Warp Drive haqqında digər məqaləmizi buradan oxuya bilərsiniz.Yetəri qədər maraq oyadarsa, Dr.White və komandasının yeniliklərini müntəzəm olaraq paylaşacağıq.
İlkin Cəfərov