Qadin.NET / "Paleo-xəritə"

"Paleo-xəritə"

İlk baxışdan adi bir daşa bənzətsək də, əslində heç də adi daş olmadığını bütün dünyaya sübut etməyə çalışan arxeoloq Devid Kingin versiyası ilə tanış olaq. Onun dediyinə və əyani olaraq sübutuna əsasən demək olar ki, bu daş heç də sadə deyildir. Həvəskar arxeoloq Devid King kəşfi ilə heyrətlənir və bu heyrətini bütün dünyaya çatdırmağa çalışır.  

"Paleo-xəritə"

Bir ovuc ölçüsündə olan bu daşda nələrin təsvir etdiyini tək-tək açıqlamağa cəhd edir. Şəxsi saytında verdiyi qeyd və məlumatlara əsaslanaraq sizə bildirə bilərəm ki, bu daş üzərində Avropa və Afrikanın üst hissəsi təsvir edilib. 

"Paleo-xəritə"

Qeyd edim ki, "paleo-xəritə" adlandırılan daşa diqqət etsək, həqiqətən, Avropanı və hətta Avropada yerləşən çayları asanlıqla görə bilərik. Daşın tədqiqatlara əsasən bir milyondan çox yaşı olduğunu qeyd  etmək olar. 

"Paleo-xəritə"

Daş üzərindəki bu təsvirin yaşına əsaslanaraq Devid qeyd edir ki, o dövrün insanları düşündüyümüzdən qat-qat çox ağıllı və dünyagörüşünə sahib olublar. Dünyanı səyahət edərək hər bir incəliklə tanış olmuş şəxsin təsvir edə biləcəyi bu xəritə bir çox suallarla ratastlaşmağımıza səbəb olur. Tarixçilər izah edə bilməsə də, "paleo-xətirə" göz önündədir. 

"Paleo-xəritə"

Ada və yarımadaların, çay və dağların necə incəliklə və dəqiqliklə təsvir edildiyinə diqqət etsəniz, arxeoloqun fərziyəsinə inanacaqsınız. 

"Paleo-xəritə"
Amma bu fərziyənin reallığa nə dərəcədə yaxın olduğunu bir Allah bilir. Elm neandertallardan əvvəl indiki insanlardan qat-qat ağıllı və bacarıqlı insanların yaşadığını təsdiq etməsə də, bu daş bir çoxlarını heyrətə salıb. "Paleo-xəritə"-ni incələməyə siz də davam edə bilərsiniz.
"Paleo-xəritə"
 Əminəm ki, siz də heyrətlənəcəksiniz.
"Paleo-xəritə"
İnanılmazdır, elə deyilmi?
1 dekabr 2014
GO BACK