Bulud dedikdə yəqin ki, ağlınıza atmoseferimizdə üzən, su buxarından ibarət olan buludlar gəldi. Lakin Magellan buludları məhz o mənada işlənilən bulud deyil. Magellan buludları əslində kiçik ölçülü qalaktikalardır. Ətrafında qaz və toz hissəcikləri çox sıx olduğu üçün onlara bulud deyilir. Bu anlayış özündə Böyük Magellan Buludu və Kiçik Magellan Buludunu birləşdirir.
Bizim kimi şimal yarımkürəsinin digər sakinləri də bu gözəlliyi görməkdən məhrumdurlar. Bu qalaktikalar, yəni Böyük və Kiçik Magellan buludları cənub yarımkürəsindən müşahidə olunur. Hətta binoklsuz və ya teleskopsuz belə cənub yarımkürəsində onları görmək mümkündür. Təxminən 180 min işıq ili uzaqlıqda yerləşən Magellan Buludları bizim qalaktikamızın çox yaxınındadırlar.
Bizim qalaktikamız Süd Yolu qalaktikasının peykləri hesab olunan bu qalaktikalar "cırtdan" qalaktikalar hesab olunur. Cırtdan dedik, sizə kiçik bir cisim kimi gəlməsin. Belə ki, Böyük Magellan Buludu 30 min işıq ili genişliyindədir və 1 milyarda qədər ulduza ev sahibliyi edir. Kiçik Magellan Buludu isə bir az daha kiçik olub 20 min işıq ili genişliyindədir. Bu qalaktikaya isə 3-5 milyon ulduz daxildir.
Adlarını təxmin etdiyiniz kimi Magellandan almış olsalar da, 900-cü illərdə fars astronom Əl Rəhman əl Sufi tərəfindən kəşf olunmuşdur.
Böyük Magellan Buludu
Böyük Magellan Buludu qalaktikası nebulaları ilə məşhurdur. Nebulalar ulduz yaranmağı üçün ideal sayılan qaz və toz hissəciklərinin sıx şəkildə yerləşdiyi bölgələrdir. Yuxarıdakı şəkildə Böyük Magellan Buludundakı ulduz yaranma bölgəsi göstərilmişdir.
Coşqun Şirinov