Qadin.NET / Dünyanın ən yaxşı muzeyləri

Dünyanın ən yaxşı muzeyləri

Dünyanın ən böyük səyahət saytlarından "Trip Advisor" istifadəçiləri üçün qışda gəzilə biləcək dünyanın ən yaxşı muzeylərini seçdi. National Gallery, Museed Orsay kimi əfsəna muzeylərlə tanış olaqmı? 

Dünyanın ən yaxşı muzeyləri
Çikaqo sənət institutu (Çikaqo, ABŞ) 
Dünyanın ən əhəmiyyətli "empresionizm" əsərləri kolleksiyasına sahib olan muzeydə ən köhnəsi 5 min il olan 260 min əsər sərgilənir. Əsərlərinin sərgiləndiyi əhəmiyyətli sənətkarlar arasında Monet, Renoir, Matisse, Cezanne, Van Qoq iştirak edir.
Dünyanın ən yaxşı muzeyləri
Milli "Antropoloji" muzey (Mexico City, Meksika) 
Meksika torpaqlarının tarixini izah edən muzeydə sivilizasiyanın inkişafı vizual olaraq təqdim edilir.
Dünyanın ən yaxşı muzeyləri
"Ermitaj" muzeyi (Sankt Peterburq, Rusiiya) 
Dünyanın ən böyük və köhnə muzeylərindən olan "Ermitaj" muzeyi təxminən 3 milyon əsərə sahibdir. Ancaq bunun yalnız bir hissəsi sərgilənir. Bundan əlavə dünyanın ən böyük şəkil kolleksiyasına sahib olduğu üçün Ginnesin "Rekordlar" kitabına da adı düşüb.
Dünyanın ən yaxşı muzeyləri
"Getty center" (Los Angeles, Kaliforniya)
Muzeydə 20-ci əsr əvvəlinə aid Avropa mənşəli şəkillər, təsvirlər, işıqlandırılmış illüstrasiyalar, heykəllər və bəzək sənət əsərləri ilə yanaşı XIX əsr Amerikan və Avropa fotoqrafiya nümunələri də sərgilənir. Əsərlərdən əlavə arxitekturası, bağçaları və Los Angelesə baxan panoramik mənzərəsiylə də tanınır.
Dünyanın ən yaxşı muzeyləri
"Orsay" muzeyi (Paris, Fransa) 
Bura əvvəllər bir qatar qarajı idi, daha sonra Fransız sənətinə aid 1848-1915-ci illər arasında yaradılmış heykəllər, şəkillər, mebellər və fotoşəkillərin nümayiş etdirildiyi dünyanın ən əhatəli muzeylərindən birinə çevrildi. Muzey daha çox Monet, Degas, Renoir, Cezanne kimi rəssamların əsərlərinin olduğu geniş izləyici kütləsi olan kolleksiyasıyla tanınır. 
Dünyanın ən yaxşı muzeyləri
"Metropolitan" incəsənət muzeyi (New york, ABŞ) 
Dünyanın ən böyük və ən əhəmiyyətli muzeylərindən olan "Metropolitan" incəsənət muzeyi Amerika sənəti nümunələri ilə yanaşı Avropaya aid 2000 şəkil və heykəli izləyicilərinə təqdim edir.
Dünyanın ən yaxşı muzeyləri
"Akropolis" muzeyi (Afina, Yunanıstan) 
Akropolis təpəsindən çıxarılan arxeoloji qazıntılara ev sahibliyi edən muzeydə qazıntı işləri yeraltında davam edir. Ziyarətçilər yer səviyyəsindəki şüşə zəmin üzərindən işləri izləyə bilirlər. Qazıntı işləri tamamlandıqda qazıntı aparılan sahə tamamilə ziyarətçilərə açılacaq.
Dünyanın ən yaxşı muzeyləri
Prado muzeyi (Madrid, İspaniya)
Şəkil və heykəl muzeyi kimi yaradılan bu muzeydə 5000-dən çox rəsm əsəri, 2000 foto, 1000 mədəni pul, müxtəlif medallar və təxminən 2000 bəzək əşyası və sənət əsəri sərgilənir. Prado muzeyi Madriddə ən çox ziyarət edilən yerdir.
Dünyanın ən yaxşı muzeyləri
"Soyqrım" tarixi muzeyi (Qüds, İsrail) 
Muzeydə soyqırım qurbanlarına və soyqırımdan xilas olanlara aid müxtəlif əşyalar, sənədlər, hekayələr və filmlərlə muzey ziyarətçilərinə soyqırımın hər mərhələsi təqdim edilir. Orada pulsuz gəzə bilərsiniz, ancaq içəridə şəkil çəkmək qadağandır.
Dünyanın ən yaxşı muzeyləri
"Milli ikinci dünya müharibəsi" muzeyi (New Orlean, Lousiana) 
Açıq və qapalı olaraq iki hissədən ibarət olan muzeydə ikinci dünya müharibəsinə dair hər cür sənəd, şəkil və müharibədə istifadə edilən vasitələr sərgilənir.
Dünyanın ən yaxşı muzeyləri
Milli qalereya (London, İngiltərə)
2300-dən çox parçanın olduğu muzey XIII və XX əsr aralığında yaradılan parçaları insanlara təqdim edir. Kolleksiyanın sahibi İngiltərə xalqı sayıldığı üçün giriş sərbəstdir.
Dünyanın ən yaxşı muzeyləri
Vasa  muzeyi (Stockholm, İsveçrə) 
Muzey adını 1626-1628 illəri arasında düzəldilmiş bir İsveçrə döyüş gəmisindən alıb. Gəmi 10 avqust 1628-ci ildə ilk səfərində batmış və 24 aprel 1961-ci ildə demək olar ki, heç bir zədə almamış şəkildə su səthinə çıxarılmışdı. Əvvəl müvəqqəti bir muzeyə qoyulan gəmi daha sonra Stokholmdakı bu muzeyə köçürülmüşdü.
Ardı var...
8 aprel 2016
GO BACK