Qadin.NET / İsveçrədə nəfəs kəsən qatar səyahəti

İsveçrədə nəfəs kəsən qatar səyahəti

İsveçrədə nəfəs kəsən qatar səyahəti
Dörd bir yanı dəmir şəbəkələrlə əhatə olunmuş İsveçrədə qatar xalqın ən çox istifadə etdiyi nəqliyyat vasitəsidir. Hər gün yüz minlərlə insan işlərinə və evlərinə qatarla gedib gəlir. İsveçrədəki çox saydakı dağ və təpələrin demək olar kı, hamısına ötürücülü qatar və ya teleferik sistemlə çıxılır. Budur, İsveçrənin möhtəşəm dəmiryollarından yalnız bir neçəsini sizlərə təqdim edirəm.

İsveçrədə nəfəs kəsən qatar səyahəti
Jungfraujoch Dəmiryolu 
İsveçrənin ən gözəl şəhərlərindən biri olan İnterlakendə yerləşən Jungfrau qatar yolu öz gözəlliyi ilə görənləri ovsunlayır. Jungfrau Perudan sonra dünyada ən yüksək qatar stansiyasının heyəti olduğu ikinci yerdir. "Avropanın Damı" olaraq da adlandırılan Jungfrauya qatarla iki ayrı qoldan çıxmaq mümkündür. Jungfrau dəmiryolu 7,5 kilometrlik tuneldə 1500 metr hündürlükdədir.

İsveçrədə nəfəs kəsən qatar səyahəti
1896-ci ildə Zürihli zəngin bir iş adamı bu bölgəyə tətilə gəlir və gördüyü gözəllikdən çox təsirlənir. Bu mənzərəni hər kəsin görməsini təmin etmək üçün bir şey etməyə qərar verir. Ertəsi gün Zürihə döndüyündə iş adamları ilə görüşür və Jungfrau dəmiryolu layihəsi üçün maliyyə toplayır. Layihənin 1,5 ildə tamamlanacağını və 1,5 milyon frank lazım olacağını nəzərdə tutur. Lakin layihə 16 ilə tamamlanır və 15 milyon frank xərclənir. 7,5 kilometrlik tunelin inşası mərhələsində iş şərtlərinin çətinliyi (soyuq, nəm və qaranlıq) səbəbiylə onlarla insan həyatını itirir və dəmiryolu 1912-ci ildə tamalanır.
Bu gün gündə ortalama 5000 adam tərəfindən ziyarət edilən Avropanın ən yüksək qatar stansiyası Jungfraujochun (3454 m) bənzərsiz bir mühəndislik məhsulu olduğu ortadadır.

İsveçrədə nəfəs kəsən qatar səyahəti
Pilat Dəmiryolu 
Pilat xətti dünyanın ən dik dəmiryoludur. Pilat dağındakı bir xətt 48 faiz meyllidir; bu səbəblə də təpədən dik açılmış ray yerinə iki yanı dişli bir ray istifadə edilməkdədir. Bu ray iki üfüqi dişli çarxa keçirilmişdir. Hərəkəti və əyləci bunlar təmin edir. Bölgəni ziyarət edənlərin bu mənzərə qarşısında ovsunlanmaması mümkün deyil.
İsveçrədə nəfəs kəsən qatar səyahəti
Albula və Bernina dəmiryolu xətti
2008-ci ildə YUNESKO-nun Dünya Mirasları siyahısına əlavə edilən "Rhaetian" qatar yolu Albula və Bernina bölgələrindən keçərək İsveçrə ilə Alp dağlarnı keçən iki qatar yolunu birləşdirir. 1904-cü ildə açılan Albula xətti 67 km uzunluğunda, 42 tunel və 144 viyadükdən ibarətdir. Bernina xətti isə 13 tunel və 52 viyadükdən ibarətdir. 
İsveçrədə nəfəs kəsən qatar səyahəti
YUNESKO-nun Dünya Mirasları səhifəsində bu xətlər barədə belə deyilmişdir: Albula və Bernina bölgələrindən keçən "Rhaetian" qatar yolu, həqiqətən, texniki, arxitektura və ekoloji tarazlıq təmin inşaat mühəndisliyinin və arxitekturanın təbiət ilə inteqrasiya möhtəşəmliyini təmsil edir.
Landwasser viyadükü
Dağlıq və çətin şərtlərə sahib olan İsveçrədə səyahət etmək olduqca çətin idi. Bütün bunları aradan qaldırmaq üçün cəsur dizaynların edilməsi lazım idi. 1902-ci ildə inşa edilən İsveçrə Landwasser Viyadükü dünyanın ən məşhur dəmiryollarından biridir və İsveçrənin turistik təqdimatlarında da çox rast gəlinən bir yerdir.
2 may 2016
GO BACK