Təbiətin müxtəlif gözəllikləri var. Otlardan tutmuş hündür ağaclara qədər və cürbəcür çiçəklərə qədər bütün bitkilər gözəldir. Dünyanın gəzməli görməli yeri çoxdur. Hər birinin özünəməxsusluğu var. Bu xəbərimdə sizlərə dünyanın müxtəlif yerlərindən payız fəslini daha da gözəlləşdirən bir sıra gözəl ağacların şəklini təqdim edəcəyəm. Buyurun, izləyin və fikirlərinizi də bildirməyi unutmayın.
Bu ağacın adı "Rododendron" adlanır. Ağacın 125 - yaşı var. Əsl adı " Tree" - dir, Kanadada bitir.
Uzaqdan böyük bir gül çələnginə bənzəyir.
Bu ağacın adı "Gliziniya" - dır, Yaponiyanın, " Asiqaka" adlı milli parkında yerləşir.
Bu da həmin ağacın başqa rəngidir. Bu ağacın 144 yaşı var, həm də 2000 kv.metrlik parkı əhatə edir.
Bu ağaca həm də atəşfəşanlıq ağacı deyirlər.
Bu ağacın adı " Yel ağacıdır" Yeni Zelandiyada bitir.
Yeni Zelandiyanın cənubunda bitən bu ağac gözəl görünməyə həsrətdir. Güclü küləklər ağacı əydiyinə görə düz bitə bilmir.
Bu ağac Yapon ağacıdır, amma ABŞ-ın Oregone ştatında bitir.
Bu isə çiçəklənmiş albalı ağacıdır. Almaniyanın "Bonne" şəhərindədir. Bu ağac Almaniyanın bəzi küçələrində tunel və qaranlıq yaradıb.
Bu ağacın adı fərqlidir "Mələklər ağacı". Özü də ABŞ cənubi Karolina ştatının "Djons" adasında yerləşir.
1500 yaşı olan ağacın hündürlüyi 20 metrdi. Hər budağının eni 3 metrdir. 1600 kv. metrlik yeri əhatəedir.
Yaşına görə yaxşı görünür, elə deyilmi?
Bu ağac elə göründüyü kimi " Gül Ağaci" adlanır. Braziliyada bitir. Çox gözəldir.
Bu ağacın adı "Dragonblood Tree" ( yəni Drakonon qanı) adlanır. Yəməndə bitir. Bu adı eşidən hər kəs bir balaca qorxu keçirir. Necə deyərlər "bu gözəlçəyə" bu ad elə belə verilməyib. Yəni, qabığını qopardıb baxanda ağacdan qırmızı qan kimi su çıxır. Həmin dediyimiz qan bir çox müalicələrdə, xəstəliklərdə insanlara kömək olur.
Bu ağac dünyada hündürlüyünə görə 2 - ci və ya 3 - cü yeri tutur. Adı Sekvoya "Prezident"-dir.
Sekvoya Kaliforniyanın milli parkında bitir. boyu 70, eni 28 metrdir.
Bu da gözəl yerdir. ABŞ - ın Oreqone ştatıdır. Buranı "Sevgi və məhəbbət" bağı adlandırırlar,
çünki sevgililər burada gəzirlər.
Bu ağac da çox gözəldir, təbiət onu görün necə maraqlı yaradıb.
Adı "Göy qurşağı Evkalipti"-dir. Gavaya ştatında yerləşir. Bu ağac tək gözəlliyi ilə kifayətlənmir, həm də daxili gözəlliyi ilə seçilir.
Ağacın altında başı ağrıyan insanın başının ağrısı kəsir və eyni zamanda insanı depressiyadan da azad edir.
Bu da gül açan ağacdır. Cənubi Afrikanın Kullinanda yerləşir. Bu isti yerlərdə bitir. Ən çox Cənubi Amerika, Afrika və Madaqaskarda bitir. Bu ağac çox gözəl olmaqla yanaşı, həm də çox qiymətlidir.
Bu ağacın adı "Palid Meydanı" - dır, ABŞ - ın cənubi Karolina ştatında bitir. Diksi plantasiyasında yerləşir.
Bu isə, Baobab ağacıdır. Madaqasqarda yerləşir. Ağac nəmi özünə çəkir və ilin isti aylarına tab gətirir.
Bu isə Bambuk agacıdır. Adı " Xəzə bürünmüş bambuk" deməkdir. Oregone ştatında yerləşir. Vətəni Çili və Argentinadır.
Bir cütü ABŞ-ın Sakit okean sahilində bitib. Ölkə xanımları:" Biz bu gözəlçəyə həsəd aparırıq. Xəzi özündən, gözəlliyi özündən" -deyirlər.