Qadin.NET / Eyfel qülləsinə səyahət

Eyfel qülləsinə səyahət

Eyfel qülləsinə səyahət

Yəqin ki, Fransa haqqında məlumatınız var. Fransanın paytaxtı olan Paris şəhərini çox sevirəm. Paris deyəndə ağla ilk Eyfel qülləsi gəlir. 1909-cu ildə qüllənin yenidən bərpası baş verdi. Eyfel qülləsi hər 7 ildən bir 60 ton boya ilə boyanır. Onun dəqiq uzunluğu  324 m-dir. Eyfel qülləsinin kənar hədləri açıq rənglərdə və orta hədləri isə tünd rəngdə olur. Bu qüllənin içində restoran var. 

Eyfel qülləsinə səyahət

Orada müştərilərə yüksək xidmət göstərilir. Bu gözəl incəsənət nümunəsinin qarşısında heyrətə gəlirik elə deyilmi? Eyfel qülləsini tikən memarın adı elə qüllənin adı ilə bağlıdır. O, Eyfel adlı bir memar olub. Bunu da qeyd edim ki, Eyfel qülləsi 1887-ci ildə tikilib və 1889-cu ildə istifadəyə verilib. Yəni 2 il müddətində başa çatıb. Eyfel qülləsi 1889-cu ildə 200 milyon insan tərəfindən ziyarət edilib. Turistlərin isə ən çox getdiyi yerlərdən biri hesab edilir. Qustav Eyfelin müqaviləni imzalaması nəticəsində abidə tikilib. Qüllənin 20 ildən sonra yox edilməsi planlaşdırılmışdır. Lakin məhşurlaşandan sonra bu qərar ləğv edildi.

Eyfel qülləsinə səyahət

Bir müddət sonra insanların 17,5%-i özünü bu qüllədən ataraq intihar etməyə cəhd edib. Hətta külək zamanı qüllənin ən uc hissəsi bəzən 15 sm əyilir. 1899-cu ildə  Qustav Eyfelin qonağı  qüllənin içində 10 saatdan  çox istirahət edərək, böyük məclis qurubmuş.

Eyfel qülləsi Fransa inqilabı əsasında tikilib. Eyfel qülləsinin tikilişi zamanı orada 300 fəhlə işləyib. Eyfel qülləsi polad dəmirdən tikilib və günümüzə qədər qorunub saxlanılıb. Onu bərpa etmək, yəni yenidən boyamaq üçün 25 rəngsazın 15 ay işləməyi lazım gəlir. Bu zaman 20 000 metr qoruyucu sahədən istifadə edilir.                                  

Təmir zamanı 1500 fırça və 5000 sumbata kağızı istifadə olunur. Boyama xərci isə 3000 avroya başa gəlir. Qüllədə intahar olduğunu da qeyd etmişdim. Bu qüllədə edilən intahar sayı 400-dən çox olub.
Eyfel qülləsinə səyahət

Ən yuxarı platforma üstü açıq sahədir. Bu qülləyə ilk piyada qalxan insan isə Adolf Hitler olub. Buna səbəb isə liftlərin işləməməsi imiş. Çox maraqlıdır ki, 300 mərtəbəli bir yerə qalxmaq o qədər də asan deyil.

Eyfel qülləsinə səyahət

Qüllədə 20 000 km qoruyucu sahə olduğu müəyyən edilmişdir. Lakin 1909-cu ildə qüllənin bərpa edilməsi lazım idi. Parislilər bu qülləni həm də "dəmir qadın" adlandırırdılar. 1-ci və 2-ci mərtəbədə restoran mövcud idi. Həmçinin 1-ci mərtəbədə tarixi əks etdirən gözəl incəsənət nümunələri var idi. 3-cü mərtəbədə isə kassa var idi. Bütün xərc və ödəmələr orada həyata keçirilirdi. Bu elə indi də belədir.

Eyfel qülləsi yaranan tarixdən bəri hər kəsin sevimlisi olmuşdur. Tarixin incəsənət nümunələri sırasında bu abidə öz gözəlliyini heç bir zaman  itirməmişdir və itirməyəcəkdir.

29 sentyabr 2014
GO BACK