Qadin.NET / Günəş

Günəş

Günəş

Günəş nədir?-Günəş bizə ən yaxın ulduzdur. Bəs ulduz nədir? Əsasən hidrogen və heliumun qarşılıqlı reaksiyasından enerji yaradan plazma kürələri olsa da, daha ağır elementlərdən (kobalt,nikel) təşkil olunmuş ulduzlar da mövcuddur.

Süd yolu qalaktikasının Orion qolu üzərində qalaktikanın mərkəzindən təxminən 30.000 işıq ili uzaqlıqda olan Günəş öz ətrafında 1 dövrü 25 günə tamamlayır. Günəşin xüsusiyyətlərini birbaşa verib beyninizi yormaqdansa, onu Yer kürəsi ilə müqayisə edib yazmaq daha məqsədə uyğundur. Günəşin diametri Yerin diametrindən 109 dəfə böyük, yəni 1.500.000 km-dir. Həcmi dünyanınkından 1.300.000, ağırlığı isə 330.000 dəfə böyükdür. Günəşin səthində istilik 5500 dərəcə, nüvəsindəki istilik isə 15.600.000 dərəcə selsi təşkil edir. Yer kürəsi Günəşdən gələn istiliyin 2 milyardda 1 hissəsini alır, qalan istilik isə kosmosda dağılır.

Günəşi araşdırarkən onu aşağıdakı hissələrə bölmək məqsədə uyğundur:

Nüvə-hidrogen və helium reaksiyalarının getməsi üçün lazımlı enerjinin yarandığı yerdir. Suyun sıxlığının 160 qatına bərabər sıxlığı vardır. Dəmirin sıxlığının isə 20 qatı. Ancaq bu sıxlığa baxmayaraq Günəşin nüvəsi qaz şəklindədir.

Radioaktiv bölgə-nüvədən kənar bölgələrə fotonlarla enerji daşınmasını təmin edir.

Konvektiv bölgə-mərkəzdən gələn istiliyin daşınmasını həyata keçirir.

Günəşin səthi (Fotosfer)-fotosfer işıqlı kürə deməkdir. 500 km qalınlığındadır.

Günəşin atmosferi-istilikdə azalma və artmalar müşahidə olunan bölgədir.

Kromosfer-Günəş tutulması olarkən qaranlıq Ayın kənarında incə bir təbəqə görsənir. Bu kromosferdir. Rəng kürəsi də adlanır və 2000-3000 km qalınlığa malikdir. 

Günəş

Günəş 4,6 milyard il bundan əvvəl böyük molekulyar buludun çökməsinin nəticəsi olaraq yaranmışdır. Bu fikrə görə Günəş girdab kimi dönən qaz və toz buludundan təkamül etmişdir. Daha sonra içəridəki atomlar yüksək sürətlə reaksiyaya girmişlər. Demək olar ki, kütlənin bütününün toplandığı mərkəzin istiliyi ətrfındakı diskə görə daha da artdığı zaman kütlə çəkimi (qravitasiya), qaz təzyiqi, maqnit sahələri kiçilən buluda təsir etdi və 200 AU diametrində öz ətrafında dönən bir diskə çevrildi (*1AU=təxminən 150milyon km). Bu ölçü vahidi Yerdən Günəşə qədər olan məsafəyə bərabərdir. Mərkəzdə çox yüksək temperatura malik bir ön ulduz yarandı (yeni yaranan ulduzlar belə adlandırılır).

Kosmosda ulduz yaranan bölgələri araşdırdıqda məlum olur ki, əksər ulduzlar daha qədim və böyük olan ulduzların həyat müddətlərini başa vurmalarından yaranır. Bu hadisə Supernova adlanır.

Günəşin yaşı 4,6 milyard il (daha dəqiq hesablamalarla 4,57milyard) hesab olunur. Həyatının yarısına gəlmiş olan bu ulduzda yarandığı dövrdən indiyə kimi 100 dünya ölçüsündə maddə enerjiyə çevrilmişdir.

Supernova kimi partlayacaq qədər böyük olmayan Günəş gələcək 5-6 milyard il içində "qırmızı giqant" dövrünə girəcək. Mərkəzində olan hidrogen yanacağı azaldıqca xarici təbəqəsi genişləyəcək və nüvəsi büzülərək daha da isinəcəkdir. Bu prosesdən sonra helium reaksiyaları başlayacaq və karbon ilə oksigen yaranacaqdır. Ola bilsin ki, Günəşin xarici təbəqələri genişləyərək dünyanın orbitinə qədər gəlsin, yəni bu ehtimal da var. Ancaq yəqin ki, bu olmayacaq və Yer kürəsi də öz növbəsində Günəşdən uzaqlaşacaq. Bunun səbəbi isə Günəş qırmızı giqanta çevriləndə kütlə itirməsi və bunun sayəsində də yer çəkimi qüvvəsinin zəifləməsidir. Lakin dünyada olan su buxarlanacaq və Yer kürəsi atmosferi kosmosun dərinliklərinə doğru saçılacaq. Əgər həmin dövrələrə qədər dünyada insan qalsa, (asteroid hücumu, buzlaşma və istiləşmə dövrləri ilə əlaqədar dünyanın həmin dövrə qədər insansız olacağı gözlənilir), elə həmin dövrdə məhv olacaq. Günəşə gəldikdə isə qırmızı ulduz dövründən sonra planet və bulud qarışığı bir cismə çevriləcəkdir. Daha sonra isə yalnız nüvəsi qalan Günəşimiz ağ cırtdana çevrilib həyatını başa vuracaqdır. Günəşdə qeyd elədiyimiz həyat dövrü onun ölçüsündə olan digər ulduzlarda da eyni ssenari ilə təkrarlanır.

Günəş

Ulduzların həyat dövrünü bu şəkildən aydın görə bilərsiniz. Yuxarıdakılar Günəş tipli (orta və kiçik) ulduzların, aşağıdakılar isə böyük ulduzların həyat dövrü hesab olunur.

Coşqun

25 avqust 2014
GO BACK