Qadin.NET / Supernova

Supernova

Supernova

Supernova... Gözəl səslənir.Görünüşü də möhtəşəmdir. Bəs Supernova nədir?

Kainatdakı ən böyük enerji partlamaları olaraq bilinən Supernovalar Günəşdən daha böyük ulduzların həyatlarını sonlandırıb partlaması nəticəsində ortaya çıxır. Günəşdən yüz milyonlarla dəfə daha parlaq olan ulduzların nüvələrindəki yanacağı bitirmələri ulduzun partlamasına səbəb olaraq kainatdakı ən möhtəşəm hadisələrdən birini yaradır. Plazma halında olan ulduzun supernovaya çevrilməsi bəzən həftələr, bəzən də aylar çəkə bilər. Supernovanın sönərkən ətrafa yaydığı enerji isə Günəşin hətta milyardlarla ildə yaradacağı enerjidən də çox ola bilər.

 Supernovalar kainatda çox böyük bir hadisənin reallaşmasına təkan verir. Belə ki, bu hadisə gerçəkləşərkən kosmosa maddə yayılır. Bu səbəbdən də kosmosda maddələrin bir yerdən başqa yerə daşınmasını həyata keçirən ən böyük qüvvənin də elə məhz supernova olduğunu qeyd etmək lazımdır. Beləliklə də ulduzun nüvəsindəki fərqli atomlar fəzaya yayılaraq maddə çeşidliliyinin artmasına səbəb olar. Bunun nəticəsində də yayılmış maddələrdən milyon illər ərzində ulduzlar yaranır. Yəni bir ulduzun məhv olmasından başqa bir ulduz doğulur. Bizim daxil olduğumuz Günəş sisteminin də ömrünü tamamlayan ulduzların supernovalarından kosmosa yayılan maddələrin sayəsində yarandığı təxmin edilir. 

Supernova
2006-cı ildə P.Mondol və R.Quimby tərəfindən kəşf edilən və SN2006 GY adı verilən supernova bəşər tarixinin görə bildiyi ən böyük supernova olaraq qeydə alınmışdır. Bu supernovanın ortaya çıxartdığı NGC 1260 qalaktikası dünyamızdan təxminən 238 milyon işıq ili uzaqlıqdadır. Yəni dünyadan işıq sürəti ilə hərəkət edən bir kosmik gəmi bu qalaktikaya 238 milyon il sonra çatacaqdır. Bu supernovadan çıxan işıq dünyaya 238 milyon ilə çatdığından əslində alimlər bu Supernovanın yəni SN2006 GY supernovasının əslində 238 milyon il bundan əvvəlki halını görmüşdülər.

Kanadada yaşayan 10 yaşındakı Nathan Gray, təxminən 600 milyon işıq ili uzaqlıqda bir supernova kəşf edib. Gray supernovanın fərqinə ölkənin Nova Scotia əyalətindəki Abbey Ridge Rəsədxanası tərəfindən çəkilən görüntüləri araşdırarkən vardı. Bacısı Kathryn də 2010-cu ildə başqa bir supernova kəşf etmişdi. Nathan Gray bu kəşfiylə ən gənc ixtiraçılar siyahısına girməyi bacardı.

Supernova

Nathan Grayın kəşfi Beynəlxalq Astronomiya Birliyinin saytında nümayiş olundu, amerikan və italyan müşahidəçilər tərəfindən təsdiq edildi. Astronom bir atanın oğlu olan Nathanın kəşfi PSN J18032459 +7013306 nömrəsi ilə astronomiya tarixinə keçdi.

21 avqust 2014
GO BACK