Qadin.NET / Royal botanika bağı

Royal botanika bağı

Şəhərin ortasında böyük bir meşə-bağça olması alışdığımız bir vəziyyət deyil. Burada isə şəhərin dörd bir yanında böyüklüyüylə insanı çaşdıran, hələ qapısından girər-girməz özünüzü tam fərqli bir yerdə hiss etməyinizə səbəb olan parklar var. Şəhərin ilk quruluş mərhələsində bütün ağacları yerlə bir etməsən onsuz da özbaşına bir park olurmuş. Royal Botanika bağı elə bir yerdir ki, orada bütün günü əylənib istirahət etmək mümkündür. Rəngarəng bağçaları gəz, yarasalı ağaclardan qorx, çəmənlərdə yat, ördəklərə bax .. (Həyatı düşün, etdiyin yaxşı şeyləri düşün, səhvlərini düşün, dünyanın nə qədər böyük və nə qədər kiçik olduğunu düşün. Nələr, necə dəyişə bilər deyə düşün. Cavablar tap, cavabını tapa bilmədiyin sualları sual olaraq arxanda burax, amma için rahat olsun ..) Məsələn,

Royal botanika bağı
Böyük ağacın böyük yarpaqları
Royal botanika bağı
Qəribə şəkildə parlaq rəngli bitkilər
Royal botanika bağı
Nilufərli, ördəkli göl
Royal botanika bağı
Yuxarıda bəhs edilən şeyləri düşünmək üçün ehtiyatla hazırlanmış çəmənlik yer 
Royal botanika bağı
Bu ağacın üzərindəkilər nədir, meyvəmi? Aaa yarasa. Sonra yuxarılara doğru ürkək atılan bir baxış. Bütün ağaclar eyni!! Üzərimizdə yarasalar var! Yaxşı ki, gündüzdür! 
Royal Botanika bağında minlərlə növ bitki, ağac hətta heyvan var. Şəhərin mərkəzində olduğu üçün hər kəs burada gəlib rahat dincələ bilər. 
3 avqust 2014
GO BACK