Qadin.NET / Dünyanın ən gözəl yerləri (2)

Dünyanın ən gözəl yerləri (2)

Dünyanın ən büyük səyahət rəhbəri sərgilərinin sahibi Lonely Planet 40-cı yaşını "Beautiful World" adlı kitabla qeyd edir. Kitabda dünyanın dörd bir yanından möhtəşəm gözəllikləri olan 200 yerin fotoşəkilləri yer alır. Budur, o fotoşəkillərdən bəzilərini sizlərə təqdim edirik:

 ABŞ-ın Utah əyalətindəki "Bryce Kanyon" Milli parkı, 60 metr dərinliyindəki vadilərin olduğu Kanyonun özünə xas göydələnləri də var. Göydələn deyəndə əslində "ponderosa" şamı deyilən bir növ şam ağacını nəzərdə tutulur. Gövdəsi ortalama 1,5 metr diametrində olan bu ağacların yüksəkliyi 45 metrə qədər çatır.

Dünyanın ən gözəl yerləri (2)

Kitabda yer alan dünyanın ən gözəl yerlərindən biri də görənlərə nağıl qəhrəmanlarının evlərini xatırladan Kapadokyadakı Pəri Bacaları adlanan yerdir.

Dünyanın ən gözəl yerləri (2)

İtaliyanın Cənubi Tirol bölgəsindəki Dolomitler təpələri bundan minlərlə il əvvəl dəniz döşəməsində yaranıb. Ancaq hal-hazırda dünyanın ən çox bilinən təpəliklərindən biridir. 

Dünyanın ən gözəl yerləri (2)

Taylanddakı fənər festivalından bir görüntü. Hər il noyabr ayında bədirlənmiş ay zamanı təşkil edilən festivalda minlərlə fənər səmaya buraxılır.

Dünyanın ən gözəl yerləri (2)

Çinin "Guangxi zhuang" bölgəsindəki Li çayı. Bura yaşıl yosunlarla bəzənmiş əhəng daşlarına, qabaran çay suyuna, yuvarlanan su itlərinə və balıqçılara tez-tez rast gəlinən yerlərdən biridir.

ABŞ-ın Utah ilə Arizona əyalətlərinin tam sərhədində yerləşən Monument Vadisi Tribal parkında qum fırtınalarının meydana gətirdiyi dalğalardan ibarətdir. Əslində bura milyonlarla illik eroziyanın bir nəticəsidir. Qayaların qırmızı tonunun sirri isə içindəki dəmir oksiddir.

Dünyanın ən gözəl yerləri (2)

İsveçin Kiruna bölgəsindən görünən şimal işıqları. Günəşdən gələn yüklü hissəciklərin dünyanın maqnetik sahəsiylə qarşılıqlı nəticəsindəqütb bölgələrində yaranan bu işıq pərdələri sanki əfsanəvi bir təsir yaradır.

Dünyanın ən gözəl yerləri (2)

27 fevral 2016
GO BACK