Bizlər işığı icad edib ətraf mühiti gecələr də görməyi bacardıq, lakin necə bir gözəlliyi "qaranlıqda" qoyduğumuzun fərqində deyilik. Əgər süni işıq mənbələrimiz olmasaydı, gecələr belə bir səma ilə qarşılaşacaqdıq. Aşağıda sizə şəhərlər üzrə səmanın şəkillərini təqdim edirəm. Ümid edirəm işıqsız bir gecəyə təsadüf etsəniz, bu gözəllikdən zövq alarsınız.
Parisin işıqsız gecələri.
Şanxayın əsrarəngiz səma görüntüsü.
Honkonq və ya Siyanqan səmasının görüntüsü.
Nyu-York. Empayr Steyt Bilding. 102 mərtəbəli göydələn üstündən səma.
Fransız fotoqrafı Terri Koen böyük şəhərləri eyni bucaqda və dərəcədə ölçülər apararaq çəkir. Sonra səmanın həmin bucaq və dərəcə üçün olan hissəsini şəhərlə "birləşdirir". Bu yolla fotoqraf bizə hansı gözəllikləri itirdiyimizin fərqində olmağımızı istəyir. Sadəcə işıqları söndürməklə əldə edəcəyimiz real bir səma.
Bircə gecə özünüzü qaranlğa "qərq" edin və bu möhtəşəm möcüzəni öz gözlərinizlə görün.