Dünyada ən gözəl yerlər sizcə, harada ola bilər? Böyüdüyümüz yerlər, məmləkətimiz, ən bəyəndiyimiz, ən gözəl çimərlik, gəzdiyimiz ən gözəl sahil, özümüzə görə gördüyümüz ən gözəl mənzərədir.
Dünyanın ən gözəl yerlər siyahısı hər kəs üçün fərqli ola bilər, ancaq dünyada elə yerlər var ki, görənlərin nəfəsini kəsəcək gözəlliklər sərgiləyir.
Sizlərə təqdim edəcəyimiz dünyadakı ən gözəl yerlər budur. Ümid edirəm ki, sizlər də heyranlıqla izləyəcəksiniz.
Wisteria Tunnel, Yaponiya
Wisteria Tunnel Kawachi Fuji Gardensdə yerləşir. Yaponiyanın Kitakyushu şəhərində olan bu fövqəladə bağça görənləri ovsunlayır.
Başınızın üstündə fərqli rənglərdə olan çiçəklərin bəzədiyi piyada yollarında, rəngarəng bir atmosferdə qoxularla gəzməyi yalnız xəyal edin.
Bağçanın daxilində adı "Wisteria Tunnel" olaraq bilinən çiçək tunelləri var. Dünyanın ən gözəl tuneli olaraq bilinən bu yerdə aprel ayının ortalarında çiçəklər açmağa başlayır. Bənövşəyi, qırmızı, sarı, çəhrayı rənglər sanki bir-birinə qarışır. Tokiodan 4 saat uzaqlıqda olan Kitakyushuya avtobusla da getmək mümkündür.
Cinque Terre, İtaliya
The Cinque Terre İtalyanın şimalında, Cenovanın şərqində yerləşir. 1997-ci ildən bəri YUNESKO-nun Ümumdünya Mədəniyyət İrsi siyahısında yer alan Cinque Terre "Beş kənd" mənasını verir.
Dənizə doğru dik şəkildə uzanan terraslı təpələrin ətəyində qurulmuş beş kiçik kənddən ibarət olan bu yer turistlər tərəfindən olduqca sevilir. Vernazza kəndi isə ən çox bəyənilən yerdir.
Bu kəndlər üzüm və zeytun bağları, şahanə mənzərələrlə əhatə olunmuş kəndlər arasında uzanan piyada yolları ilə görməyə dəyər gözəlliklər təqdim edir. Uzun gəzintilərə Cinque Terre şərabıyla fasilə vermək yaxşı fikirdir. Cinque Terreyə getməyin ən asan yolu qatardır. Kəndlər arasında qatar ilə nəqliyyat təmin edilir.
Hotel La Montana Magica, Çili
Memarlar qeyri-adi dizaynlarla insanların marağını çəkməyə davam edir. Şillinqin Los Rios bölgəsində yerləşən Montana Magica Lodge (Sehirli dağ oteli) klassik otel arxitekturasından fərqli bir anlayışla inşa edilib.
Yamyaşıl təbiət içində bir şəlalə kimi görünən otel yanardağ kimi inşa edilmişdir və otel lava yerinə su püskürür. Hobbit (cırtdan) cığırlarına bənzəyən dar yollardan keçdikdən sonra bir asma körpüdən istifadə edərək otelə çatmaq olur.
Meşələr içində təpəsindən şəlalə axan bu otelin pəncərələri isə sarmaşıqlarla bürünüb. Rahat mebellər və yataqlarla döşənmiş otaqlarla yanaşı, restoran, bar, sauna və təbii qaynaq sularının olduğu hovuzlar var.
The Crooked Forest, Polşa
Crooked meşəsi Polşanın şimal-qərbindəki Nowe Czarnowo qəsəbəsində yerləşir.
Bu meşədə olan təxminən 400 ədəd şam ağacının gövdələrinin bir qismindən sonra 90 dərəcəlik bükülmə ilə əyri bir şəkildə böyümələrinin səbəbi hələ də bilinmir.
Bölgə sakinlərinin dediklərinə görə, ağaclar 10 yaşından sonra naməlum şəkildə əyilməyə başlayırlar. Bir çox araşdırmaya mövzu olan Croeked meşəsinin sirri hələ də açılmayıb.
1930-cu ildə aparılan araşdırmalar ağacların nə insan, nə də bir maşın tərəfindən bu hala gətirilə bilməyəcəyi qənaətinə gəlib.
Tunnel Of Love, Ukrayna
Nəhəng ağacların sarmaladığı bu tunel Ukraynada yerləşir. Ağacdan və sarmaşıqdan ibarət olan bu qatar yolu cütlər tərəfindən çox ziyarət edilir. Bu tunel "Eşq tuneli" adlandırılır.
Ukraynanın Klevan şəhərində olan bu qatar yolu əvvəllər bir sunta fabrikinə getmək üçün istifadə edilirmiş. Lakin hal-hazırda gənc aşiqlərin yalnız dinclik tapmaq və romantik zamanlar keçirmək üçün vazkeçilməz məkanıdır.
2013-ci ildə internetdə ən çox paylaşılan, dünyanın ən gözəl yerləri fotoşəkilləri sırasında yer alıb.
Blue Lagoon Hot Springs, İslandiya
The Blue Lagoon İslandiyada yerləşir.
Püskürmə fəaliyyətilə əlaqədar təbii isti olan, tərkibində silisium və kükürd olan bu geotermal kurort suyunun temperaturu 40 dərəcədir.
Qarlı günlərdə belə bu isti sularda şəfalı müalicələr alan çox sayda turist bu kurort məkanını ziyarət edir.
İce Canyon, Qrenlandiya
Suların əritdiyi 150 metrə qədər dərinlikdə olan bu kanyon Qrenlandiyada yerləşir. Buz mavisinin ən gözəl rənglərinə burada şahid olmaq mümkündür.
Dünyanın ən böyük adası Qrenlandiyada buz altında 750 kilometr uzunluğunda və 800 metr dərinliyində olan yeni bir kanyon ortaya çıxmışdır.
Ball Pyramid, Lord Howe adası, Sakit okean
Ball Pyramid dünyada dənizinin içindəki ən uzun qayadır.
O, 7 milyon il əvvəl meydana gəlmişdir. 562 metr uzunluğundakı bu xariqüladə qayalıq Sakit okeanındakı Lord Howe adasındadır.The Great Barrier Reef, Avstraliya
The Great Barrier Reef dünyanın ən böyük mərcan qayalıq sistemidir. Avstraliyanın Queensland əyalətinin şərqini əhatə edən Mərcan dənizində yerləşir və o qədər böyükdür ki, kosmosdan belə görülə bilər.
Great Barrier Reef Avstraliyanın şimal şərqində 2,500 kilometrlik bir sahəyə yayılmış mərcan cənnətidir, tam bir təbiət möcüzəsidir.
Böyük balıqlarla birlikdə Mərcan dənizindəki Ribbon qayalıqlarında müxtəlif dəniz dovşanları, nəhəng Avstraliya kalamarları, yaşıl çanaqlı bağalar (tısbağa) görmək mümkündür.
Plitvice Lakes National Park, Xorvatiya
Xorvatiyada olan Plitvice Lakes Milli Parkı Cənub-Şərqi Avropanın ən köhnə milli parkıdır. Zaqreb və Zadar şəhərləri arasında yerləşir.
Bir-birinə şəlalələrlə bağlı firuzəyi və yaşıl rəngli 16 göldən ibarətdir. 1949-cu ildə milli parkın əhatəsinə alınıb. 1979-cu ildə isə YUNESKO-nun ümumdünya irsi siyahısına daxil olub. Yamyaşıl mənzərələri, çox gözəl şəlalələri ilə inanılmaz bir yerdir. Ətrafındakı qayalıqlarda irili-xırdalı bir çox mağara var.