Yaponiyada hər ilin mart-aprel aylarında "Hanami" adlı bayram qeyd olunur. Artıq VIII əsrdən bəri qeyd olunan bu bayramın nə qədər qədimə kökləndiyini artıq anlamısınız. Qeyd edim ki, bu bayram bizim Novruz bayramına bənzər olmasına baxmayaraq, fərqli qeyd olunur. Əhali məhz mart-aprel aylarında hər hansısa bir rayon və ya şəhərdə ilk çiçəkləyən ağacı müşayiət etməyə tələsirlər.
Çiçəklərin gözəlliyindən zövq alırlar. Hanami bayramının əsas mahiyyəti də bundan ibarətdir. Hətta televiziya vasitəsi ilə hansı rayonda hansı ağacın çiçəkləndiyini xəbər verirlərsə, əhali oraya axın edir və çiçəyin gözəlliyindən zövq alırlar.
Qeyd edim ki, Baharın gəlişini Novruz bayramında hamımız qeyd edirik və təbiətin canlanmasından zövq alırıq.
Lakin yaponlar bizdən fərqli olaraq ilk çiçəklənmə anından çiçəyin gözəlliyinə aşiq olurlar.
Hətta Yaponiyada gül bayramı olarkən bizdən fərqli olaraq çiçəklərdən çox yarpaqlardan istifadə edirlər. Çünki çiçəklərə daha çox dəyər verirlər.
Bu, uşaqlar üçün maraqlı festivaldır. Baxın, hələ necə həvəslə şəkil çəkdirirlər.
Tam bir incəsənət nümunələridir.
Yerdən çiçək dərən çoban.
Cizgi film qəhrəmanları.
Püskürmüş vulkanın təsviri.
Ördəklərin təsviri də gözəldir.
Hər biri özünə görə gözəldir.
Sadə və eyni zamanda göz oxşayan festivaldır.