Qadin.NET / Bosniya piramidaları

Bosniya piramidaları

 

Bosniya piramidaları

 

1994-cü ildə Bosniya və Hersoqovinanın paytaxtı Sarayevodan 22 km aralıda yerləşən Visoko şəhəri yaxınlığında hərbi əməliyyatlar gedirdi. Artilleriya atəşi zamanı şəhərin sakinləri qəribə səs və vibrasiyalar eşidirdilər. Bu səslər Visoçiça dağından gəlirdi. Onun içində sanki boşluq vardı.

 

Bosniya piramidaları

 

Əsrlər boyu Bosniyada bu dağ haqqında əfsanələr gəzirdi. Visoko sakinləri uzun illər evlərinin fasadını dağın ətəyindən tapdıqları üzərində qəribə naxışlar olan daşlarla bəziyirdilər.

Hər şey 2005-ci ildə Semir Osmanaqiçin Visokoya gəlməsi ilə başlayır. Semir Osmanaqiç 15 ilini Latın Amerikasının piramidalarını öyrənməyə həsr etmişdir. 2005-ci ilin avqustunda Osmanaqiç bu dağın 220 metr hündürlüyündə olan bir piramida olduğunu iddia edir.

 

Bosniya piramidaları

 

2006-cı ildən başlayaraq burada geniş arxeoloji qazıntılara başlanılır. Bir neçə gündən sonra  bir metr torpaq qatı altından nəhəng daş bloklar görsənməyə başladı. Bir-birinin ardınca sensasiyalar gəlirdi. Aero fotoşəkillər çəkildi, məlum oldu ki, dağın iki tərəfi hamar idi və bərabər bucaqlar əmələ gətirirdi. Sputnik və helikopterdən çəkilən şəkillər Avropanın ilk və ən hündür piramidasının tapıldığı iddiasını təsdiqlədi.

 

Bosniya piramidaları

 

Visoçiça dağı Günəş piramidası adlandırılmağa başlandı.

Misirin geoloqları Barakat və arxeoloqları Əl Xadidi bu daşların çox qədim olduğunu və ən əsası təbii olmadığını təsdiqlədilər. 2-3 metrlik bloklar betondan tökülüb, dünyanın dörd tərəfinə istiqamətlənmişdir.

 

Bosniya piramidaları

 

Bosniya piramidaları



22 iyul 2014
GO BACK