Qadin.NET / Üzən meşə

Üzən meşə

Əziz qadın.Netlilər bu xəbərimdə şəkilləri ilə göz oxşayan və maraqlı adı ilə fərqlənən gəmi haqqında danışacağam.

Üzən meşə

Həyatda hər şey dövr edir və bəzən elə olur ki, ölümlü nəsə yeni bir dünyalığa çevrilir. Britaniyanın buxar gəmisi "SS Ayrfield" ilə belə hal baş verib. Bu gəmi uzun illərdir Sidneyin sahillərində sahibsiz durur və onun paslı korpusu bu müddət ərzində əsl cəngəlliyə çevrilib. Gəminin ikinci adı isə "The Forest Floating", yəni "Üzən meşə"dir.

Üzən meşə

Gəmi 1911-ci ildə Britaniyada inşa edilib. İkinci Dünya müharibəsi zamanı Avstraliya hökumətinin Amerika qoşunlarına sursat daşımaq üçün Sakit Okean regionunda istifadə olunurmuş. Gəmi 1950-ci ildə satılıb və Sidneydə kömür daşınması üçün istifadə olunmağa başlanıb. 1972-ci ildə qərara alınıb ki,  gəmi Sidneyin Homebush Bay körfəzində yerləşdirilsin.

Üzən meşə

Maraqlıdır ki, bu körfəzdə hələ 2000-ci ildən Olimpiya oyunları mütəmadi olaraq keçirilirdi. Hətta bu yeri gəmilərin qəbiristanlığı adlandırırdılar. Buna baxmayaraq, "SS Ayrfield" hələ də orada üzürdü. Gəmidə ağaclar, yaşıllıqlar illər ərzində böyüyərək, əsl cəngəlliyi əmələ gətirib. "Üzən meşə" qürub çağında xüsusilə gözəldir. Dünyanın hər yerindən şəkil çəkmə həvəskarı olanlar Sidneyə gəlirlər ki, nadir hallarda rast gəlinən və bütün simasını dəyişən bu gözəl gəminin şəklini çəksinlər. 

Üzən meşə
Üzən meşə
6 may 2016
GO BACK