Qadin.NET / Kitabsevərlər üçün

Kitabsevərlər üçün

Dünyada kitab oxuya biləcəyiniz ən gözəl məkanların hara olduğunu hələ də bilmirsiniz? Onda məhz bu xəbərim sayəsində ən maraqlı kitabların və rahat oxumaq şəraitinin olduğu yerlərlə tanış olacaqsınız. Əmin olun ki, oxuyacağınız kitabdan ikiqat artıq zövq alacaqsınız. 

Kitabsevərlər üçün

The long room (Uzun otaq) - Dublin

Dublində yerləşən "Old Library"nin əsas salonunda 200.000 ədəd kitab var. Məşhur filosof və ədəbiyyatşünasların mərmər büstləri həm gözəllik qatır, həm də oxuculara “yoldaşlıq” edir. 

Kitabsevərlər üçün

 Nyu-York xalq kitabxanası (əsas zal) - Nyu-York

Nyu-York xalq kitabxanasının əsas zalı ədəbiyyat aşiqlərinə, elm həvəskarlarına sözün məcazi mənasında kitab qurdlarına öz ağuşunu açır. Geniş pəncərələrdən keçən işıqlı zalda kitab oxusanız, unudulmaz zövq alarsınız. 

Kitabsevərlər üçün

Shakespeare & Company (kitab evi) - Paris

1951-ci ildən bəri Parisin Latın məhəlləsində açılmış Shakespeare & Company kitabxanası bu günədək Henry Miller, Allen Gisburg kimi yazarlara ev sahibliyi edib. İndi isə kitabsevərlər Notre Dame kilsəsini də içinə alan mənzərəsi ilə istər göydə, istər yerdə kitabsevərləri oxumağa çağırır. 

Kitabsevərlər üçün

Rijks museum library (Rijks muzeyi tədqiqat salonu) - Amsterdam

Amsterdamın ən məşhur muzeyi Rijksda yerləşən tədqiqat salonu 19-cu əsr dəbində olan oxuma otağına çevrilib. Ziyarətçilər  burada heyrətamiz mənzərə əhatəsində qəzet və ya kitablar oxuya bilirlər.  

Kitabsevərlər üçün

Bodleian kitabxanası (Oxford Universisteti) - London

Oxford Universitetinin  əsas tədqiqat salonu öz tələbələri arasında “Bodley”, ya da “Bod” adı ilə məşhurdur.  Bu nəhəng rəflər arasında zövqlə kitab seçə və böyük  maraqla oxuya bilərsiniz.  

Kitabsevərlər üçün

Tom`s Bench (Tomun Bankı) - Los Anceles

Kitab oxumaq üçün ən orijinal məkan Los Angelesdə yerləşən “Yayın 500 günü” (500 days of Summer) filminin baş qəhrəmanlarından biri Tom Hansenə görə məşhurlaşmış bir bankdır. Demək olar ki, hər gün filmsevərlərlə bol olan bir məkandır. Kitabsevərlər üçün fərqli, lakin orijinal yerdir.  

21 may 2014
GO BACK