Şəhərin mərkəzi hissəsi olan Dutinxema Hollandiyada yerləşir. Qəribə formalı nəhəng bir damcını, böyük dişi və ya hətta kosmosdan gəlmələri xatırladır. Amma əslində şəhər sakinlərinin sifarişi ilə hazırlanmış rəsm heykəltəraşı olan D-qala Dutinxemanın ürəyidir. Axı o, sakinlərin əhval-ruhiyyəsini əks etdirir.
Qala formasında tikilmiş bu yüksək qurğu sakinlərin emosional vəziyyətini əks etdirir və sakinlərin cavablarına uyğun öz rəngini dəyişir. Sakinlər bu zaman DutinxemР°nın xüsusi hazırlanmış suallarını cavablandırır. Bu suallar sakinlər üçün mütəmadi olaraq bu layihənin saytında yerləşdirilir. Kompüter bazasında 360 sual yerləşir və sistem ixtiyari qaydada hər gün onlardan cəmi dördünü seçir.
Bu heyrətamiz incəsənət obyekti sevgi, nifrət, xoşbəxtlik və qorxu kimi emosiyaları ifadə edə bilər. Hər bir sual üçün sistem müəyyən cavab seçir və onların hər birinin öz reytinq balı olur. Bundan sonra sistem sakinlərin cavablarına görə balları cəmləşdirir və qala sakinlərin emosiyalarını ifadə edən müəyyən rəngə boyanmağa başlayır. Əgər sakinlərin cavablarının əksəriyyətini sevgi təşkil edərsə, bu zaman D-qala qırmızı rəngə, nifrət - yaşıl, qorxu - sarı, xoşbəxtlik isə - göy rəngə boyanacaqdır. Dünyanın bəzən bax belə möcüzələri də mövcuddur.
D-qalanın rəsmi saytında sorğunun nəticələri şəhərinin müxtəlif rayonlarına müvafiq olaraq verilir. Belə məlumatlardan istifadə edərək Dutinxemanın hər bir sakini şəhərin hansı hissəsində daha çox xoşbəxt insanın yaşadığını və sevginin ən çox harada hakim olduğunu biləcək. Qalanın belə heyrətamiz yaradılması üzrə layihə müəllifi NOX dizayn studiyasına rəhbərlik edən məşhur memar Lars Speybrukdur.
Həmçinin qalanın yaxınlığında "sevgi, nifrət, qorxu ya xoşbəxtlik ünvanına" olan məktubları göndərmək üçün poçt qutusu da yerləşdirilib. Bu zaman onlar D-qalanın rənginə təsir edir. Ən emosional və parlaq məktubun müəllifi ilin sonunda on min avro mükafat alır.