Qadin.NET / Meksikanın artefakt muzeyi

Meksikanın artefakt muzeyi

Meksikanın artefakt muzeyi

Əziz Qadin.Netlilər, bu gün sizinlə Meksikanın paytaxtı Mexikoda yerləşən artefakt muzeyinə səyahət edəcəyik. Amerikalı hinduların mədəniyyəti ilə bağlı zəngin artefaktlar kolleksiyası olan bu muzeyə hər kəs həvəslə gedir. Hətta tarix və antropologiya ilə maraqlanmayanlar üçün də bu muzeyin eksponatları təkrarolunmaz təəssüratlar yaradır. Əminəm ki, sizin üçün də virtual səyahət xoş olacaq. 

 Meksikanın artefakt muzeyi

Asteklərin zalı. Girişdə qurban üçün qabla yaquar fiquru var. Qurban gətirilənlərin ürəklərini bura yığırdılar. 

Meksikanın artefakt muzeyi

Asteklər hindular içərisində həmişə ən qəddar hesab edilir. Lakin son zamanlar digər tayfaların onlardan geri qalmadıqları məlum olub. 

Meksikanın artefakt muzeyi

Qurban daşı.

Meksikanın artefakt muzeyi

Asteklər hindu mədəniyyətinin ən sonuncusudur. Amerikanın ispanlar tərəfindən işğal olunmasından az əvvəl onların yüksəlişi təsadüf edir. 

Meksikanın artefakt muzeyi

Asteklər yazıya malik idilər.

Meksikanın artefakt muzeyi

Asteklərin tarixini əks etdirən yazılar, piktoqramlar, ieroqliflər qalıb. 

Meksikanın artefakt muzeyi

İspanlar cadudan qorxduqları üçün onların yazısını məhv edirdilər. Minlərlə əlyazması olan kitabxanalar məhv edilib.

Meksikanın artefakt muzeyi

İndi bunu konkistadorların ən dəhşətli cinayəti hesab edirlər.Onlar nəinki əhalinin çox hissəsini öldürmüş, hətta hinduların mədəniyyətini məhv etmişdilər.

Meksikanın artefakt muzeyi

Lakin asteklərin mədəniyyətini günahsız adlandırmaq olmaz. Hər gün batanda sabah yenə günəş çıxsın deyə asteklərin bütün məbədlərində Allahlara insan qurban edilirdi. 

Meksikanın artefakt muzeyi

Meksikanın artefakt muzeyi

Allahların təsviri təfəkkürün hüdudsuz olduğunun sübutudur. 

Meksikanın artefakt muzeyi

Bu ilanın başı 1 metrdən hündürdür. Bu yerlərdə yaşayan ilana bənzəyir. 

Meksikanın artefakt muzeyi

Asteklərin piramidası. Maketdən görünür ki, piramidanı lay-lay tikirdilər. Şəhər böyüdükçə daha iri piramidaya ehtiyac olduğu üçün piramidaya yeni lay əlavə edilirdi. 

Meksikanın artefakt muzeyi

Şəhər ispanlardan əvvəl belə idi. Şəhər böyük gölün ortasında süni daşlıq adanın üstündə yerləşirdi. Onun yaranma tarixi maraqlıdır. Asteklərin uluları taleyə inanırdılar. Onlar hesab edirdilər ki, şəhəri onlara işarə edilən yerdə yaradacaqlar. Bu yeri isə kaktusda oturub ilan yeyən qartal işarə edəcək. Bir dəfə onlar bu işarəni gördülər, lakin qartal kiçik dağ gölünün yanındakı daşın üstündə oturmuşdu. Ona görə də asteklər şəhəri gölün ortasında tikdilər. 

Meksikanın artefakt muzeyi

Və doğrudan da onların imperiyası kontinentdə ən nəhəng imperiya oldu. Asteklər yeni torpaq əldə etmək və Allahlara qurban etməkdən ötrü  əsir almaq üçün daimi müharibələr aparırdı. 

Meksikanın artefakt muzeyi

İndiyə qədər də Meksikanın bayrağında kaktus üzərində oturan və ilan yeyən qartal şəkli təsvir olunub. 

Meksikanın artefakt muzeyi

Asteklər dəmirlə işləyə bilmirdi. Buna görə kəskin alətlərini obsidiandan hazırlayırdılar. Belə bıçaqlar çox iti olurdu. Obsidian antiseptik xüsusiyyətə malik olduğu üçün astek cərrahları onunla çətin əməliyyatlar apara bilirdi və yara iltihablanmırdı. 

Asteklərin bazarlarının rekonstruksiyası. Hətta bazarda belə qayda-qanun var. Asteklər qaydaya riyaət edən xalq idilər. Hər bir cinayətin yeganə cəzası ölüm idi. 
Meksikanın artefakt muzeyi

Mədaxil məxaric kitabı. Alınan və dəyişilən malların siyahısı. 

Meksikanın artefakt muzeyi


 (Ardı var)

11 may 2014
GO BACK