Qadin.NET / Qum festivalı

Qum festivalı

Hər il yay fəsli gələndə insanlar çimərliklərə axın edərək dincələr, həyatdan zövq alar. Bir çoxu sahildə dincələrkən bəziləri festivalda qalib gəlməyi düşünər. Bəli yayın isti bir günündə hər kəsin istirahət və səyahət düşündüyü bir zamanda bəziləri qumla əlləşər və bir gün onun əl işinin qalib olacağı ümidi ilə gününü tamamlayar. Bəs soruşacaqsınız ki, hansı festivaldır ki, insanları yayın istisində dincəlməyə qoymur. Cavabım isə budur- Belçikada hər il hazırlanan "Qum festivalı" yarışı. Bu festivalda iştirak edənlər ildən ilə artır. Ərazi isə konkretdir. 4000 kvadrat metrlik ərazini əhatə edən, 600 yükdaşıyan maşının daşıya biləcəyi qumdan istifadə edilən festivaldan bəhs edəcəyəm.  Bu festival hər il bir mövzu ilə turistlərə təqdim edilir. 2012-ci ildə cizgi film qəhrəmanları idi. 2013 -cü ildə bədi film qəhrəmanlarının qumdan təsvirləri təqdim edildi. Bu gün sizə məhz 2012 və 2013-cü illərdə təqdim olunmuş Qum heykəllərini təqdim edəcəyəm.

Qum festivalı

Qum festivalı

Hər il Belçikanın Blankerberq şəhərində dünyanın ən iri qumdan heykəl festivalı keçirilir. Burada memarlar qumdan əsl şedevr hazırlayırlar. 2013 -cü ildə  dünya üzrə 38 heykəltaraş iştirak etmişdi.  Bütün heykəllər qumdan hazırlanır. Festival başlayana kimi hər yanda iş qaynayır.  Festival adətən iyun ayının ikinci yarısında turistlər üçün açıq olur. Bir də sentyabr ayının ikinci yarısında bağlanır.

 Qum festivalı

Qum festivalı

Burada uydurulmuş qəhrəmanlarla yanaşı Avraam Linkolnun və Misir fironunun heykəlini görmək olardı. Əlbəttə ki, bu heykəllər uzunömürlü deyil, lakin insan təxəyyülünün yaratdığı hər kəsi heyran edir. Axı hər bir heykəl çətin və gərgin zəhmətin bəhrəsidir. Festivaldan daha  bir neçə heykəlin təsvirinə baxmağa dəvət edirəm. Baxın və qiymətləndirin.

Qum festivalı

Qum festivalı

Qeyd edim ki, bu gözəlliyi gözlə görmək qədər təsirli, heyratamiz olmasa da ən azından virtual da olsa səyahət etmiş olacaqsınız. Hər il demək olar 150 qum heykəli sırgiyə çıxarılır. Sərgi səhər 10 dan axşam 19-a dək açıq olur.

Qum festivalı

Qum festivalı

Qum festivalı

Qum festivalı

Qum festivalı

Qum festivalı

Virtiual da olsa sizə qum festivalının keçirildiyi 4000 kvadrat metrlik ərazini göstərmək istəyirəm. Ümid edirəm hər biriniz üçün maraqlı olacaq. 

 Qum festivalının keçirildiyi ərazi 

5 may 2016
GO BACK