Misir şəhəri Heraklion 1200 il bundan əvvəl Aralıq dənizi sularına qərq olmuş bir şəhərdir. Bu şəhərin əsası e.ə.VIII əsrdə qoyulmuşdur.
E.ə. 331-ci ildə yaranan İsgəndəriyyə şəhərindən əvvəl yaranan bu şəhər Misirə Yunanıstandan gələn bütün malların daxil olduğu liman idi. 2000-ci ildə Frank Qoddia və İEASM (Avropa Sualtı Arxeologiya İnstitutu) tərəfindən aşkar edilməzdən əvvəl Tonis-Heraklion haqqında heç bir məlumat aşkar edilməmişdir. Onun adı insanların yaddaşından silinmişdir, yalnız arxeoloqlar tərəfindən aşkarlanmış qədim klassik mətnlərdə və nadir əlyazmalarda qalmışdır.
Frank Qoddia və onun komandası qəliz texniki avadanlıqların köməyi və unikal araşdırmacı qabiliyyəti ilə şəhərin yerini müəyyən edə bildi və baxmayaraq ki, şəhər sahil zolağından 6,5 km aralı 50 metrlik dərinlikdədir onun qalıqlarını üzə çıxara bildilər. Abukir körfəzindən şərqə doğru şəhər 11/15 km sahəni əhatə edir.
Tapıntılar isə bunlardır: 64 gəminin qalıqları, qızıl sikkələr və tərəzi, nəhəng 5 metrlik heykəllər və yüzlərlə kiçik heykəllər, üzərində qədim yunan və qədim misir dilində yazı olan daş piltələr, onlarla sarkofaq, 700 qədim gəmi yakorları.
Alimlər hesab edir ki, şəhər təbiət kataklizmləri və qeoloji təsirlər nəticəsində batmışdır. Başqa bir fərziyyəyə görə isə şəhər zəlzələ nəticəsində batmışdır. Səbəb nə olursa-olsun, şəhər sular altında qalmışdır.