Qadin.NET / Brüsseldə gül xalısı

Brüsseldə gül xalısı

Belçikanın paytaxtı Brüsselin orijinal vizit kartlarından biri qısa, lakin çox rəngarəng və möhtəşəm olan Gül bayramıdır. Hər il 15 avqustdan etibarən Brusseldə Gül bayramı qeyd olunur. Gül bayramında güldən nəhəng xalı hazırlanır.  

Brüsseldə gül xalısı

Əvvəlcədən dərilmiş güllər hazırlanmış eskizin üzərinə düzülərək xalının naxışlarını yaradır. Naxışın yaşıl yerləri isə qazon otu ilə örtülür. Qara yerlər ağac qabığının xırdalanmışı ilə yaranır. Güllər birbaşa asfalta döşəndiyindən bu xalının ömrü uzun olmur. 

Brüsseldə gül xalısı
Brüsseldə gül xalısı

Təəssüf ki, güllər bir-neçə gün təravətini saxlaya bilir, sonra isə solur. Lakin bayramın təəsuratları insanların qəlbində uzun müddət yaşayır. Bu bayramda çəkilən fotolar bütün dünyaya yayılır. Mən də sizin üçün bir neçəsini yerləşdirmişəm. 

Brüsseldə gül xalısı

Ən gözəl mənzərə isə eyvanlardan açılır. Gül xalısına yuxarıdan tamaşa etmək istəyənlər isə 3 evro pul verərək bu mənzərəni qaçırmırlar. Bahadır, lakin buna dəyər. Gecə isə xalı projektorlar tərəfindən işıqlandırılır. Gecə bu görüntü sehrli nağılı xatırladır. 

Brüsseldə gül xalısı
Brüsseldə gül xalısı

Buyurun daha bir neçə il əvvəl nümayiş edilmiş xalı naxışları ilə tanış olun. Maraqlısı odur ki, milli naxışlarımıza da rast gəldim. 
Brüsseldə gül xalısı

İldə bir dəfə təşkil edilən bu bayramda hər il bir-birindən fərqli naxışda xalı təqdim edilir. 

Brüsseldə gül xalısı
Brüsseldə gül xalısı
Brüsseldə gül xalısı
Brüsseldə gül xalısı

Bu video vasitəsi ilə qiyabi də olsa izləmiş olarsınız.
5 may 2014
GO BACK