Qadin.NET / Qədim Pompeyin qalıqları

Qədim Pompeyin qalıqları

Pompey -  Neapolun yaxınlığında, Vezuvi vulkanının külü altında qalmış qədim yunan şəhəridir. Müasir dövrdə isə açıq səma altında muzeydir. YUNESKO-nun Ümümdünya İrsi siyahısına daxil edilib. 

Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları

Pompeydə forumun təsviri, arxada -Vezuvi vulkanı.

Qədim Pompeyin qalıqları

Pompeyin dəqiq salınma tarixi məlum deyil, lakin şəhərin ən qədim tikilisindən biri olan Apollon məbədini e.ə. VII əsrin sonuna aid edirlər. Pompeyin digər tikilisi - Dori məbədi e.ə. VI əsrin əvvəlinə aiddir. Arxeoloqlar Amedeo Mayuri və Stefano de Karonun apardıqları qazıntıların nəticəsində erkən şəhər qala divarı və qapı qalıqlarını aşkar edilib və onlar bu tapıntıları e.ə.VI əsrə aid edirlər. 

Qədim Pompeyin qalıqları

Mascolo Giovanni Battista. Mount Vesuvius after the eruption. 1633-cü il. 

Qədim Pompeyin qalıqları
Muller Rudolf. Pompeyin dağıntıları.
Vezuvi vulkanının püskürməsindən əvvəl e.ə. 62-ci ilin fevralında güclü zəlzələ baş vermişdir. Fəlakət şəhərdə böyük dağıntı törətmişdi. Bütün binalar xəsarət almışdı. Bəzi binalar təmir edilsə də qalanları şəhərin məhvinə qədər dağınıq vəziyyətdə qaldı.
Qədim Pompeyin qalıqları
K.P.Brullov .Pompeyin son günü.
Qədim Pompeyin qalıqları
İ.K.Ayvazovski. Pompeyin məhvi.
79-cu ilin avqustunda Vezuvi vulkanının püskürməsi başlayır və 1 gün davam edir Bu, 3 şəhərin (Pompey, Herkulanum, Stabii) məhvinə səbəb olur. Qazıntılar zamanı  şəhərlərdə hər şeyin facidən əvvəlki kimi qaldığı aşkar edilib. Külün altında hər şəraiti olan evlər, insan və heyvan qalıqları tapılıb. Vulkanın gücü o qədər çox olub ki, hətta kül Misir və Suriyaya qədər gedib çatmışdı.
Qədim Pompeyin qalıqları
 Vezuvi krateri.
Qədim Pompeyin qalıqları
İsidanın məbədi. 1870-ci ilin şəkli.
Pompeyin 20000 min əhalisindən 2000-i həlak oldu. Əhalinin çoxu faciədən öncə şəhəri tərk etmişdi. Şəhərin kənarında da həlak olanlar aşkar edilmişdi. Həlak olanlar arasında Böyük Plini də olub. O, elmi marağa görə və insanlara kömək etmək məqsədi ilə Vezuviyə yaxınlaşmağa çalışmış və nəticədə ocağlardan birində - Stabiyanın yaxınlığlnda həlak olmuşdu.
Qədim Pompeyin qalıqları
Pierre-Henri de Valenciennes. 
Şəkildə Plininin ölümü təsvir edilib. Zəifləmiş, boğulan alimi iki qul tutur.
Qədim Pompeyin qalıqları
1592-ci  ildə arxitektor Domeniko Fontana Sarno çayından şəhərə su kanalı çəkən zamanı şəhər qalalarının bir hissəsini aşkar edir. 1689-cu ildə su quyusu qazılan zaman üzərində Pompey sözü yazılan qədim binanın qalıqları aşkar edilir. Lakin o zaman bu binanı Böyük Pompeyin evi hesab etdilər.
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
Enslen Karl Qeorq.1825 il. Pompeydə forum.
Qazıntılara 1748-ci ildə Alkubyerrenin başçılığı ilə  başlandı. O, tapılan şəhərin Stabiya olduğunu iddia edirdi. Əsas işlər Herkulanumda gedirdi, Pompeydə 3 bir-birindən aralı qazıntı işi gedirdi. Alkubyerrini yalnız bədii qiyməti olan tapıntılar maraqlandırırdı. O, tapıntıları Portiçidəki kral muzeyinə göndərirdi. Digər tapıntılar məhv edilirdi. Bu, bəzi alimlərin etirazına səbəb oldu.
Qədim Pompeyin qalıqları
Pompeydə çörəkxana. 
Qədim Pompeyin qalıqları
Herculaneum.
Veqanın dövründə 1760-1804-cü ildə qazıntılar başqa istiqamət aldı. Araşdırılmış binaları artıq basdırmır, şəhərdən kənara çıxarırdılar. Açılan abidələr bərpa edilirdi. Muzeyə gondərilməyən əşyalar hamının tamaşa edə biləcəyi yerdə qoyulurdu. Ekskursiya planı tərtib edilmişdi. 1763-cü ildən tapılan şəhərin Stabiya deyil, Pompey olduğu bilinir. Myuratın dövründə 1808-1814-cü ildə daha aktiv işlər aparılırdı. Bu işlərdə Karolina Bonapartın böyük rolu olmuşdur.
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
1863-cü ildən qazıntılara Cuzeppe Fiorelli başçılıq edirdi. 1870-ci ildə o cəsətlərin altında boşluqların əmələ gəldiyini aşkar edir. Bu boşluqlara qips tökərək qurbanları hansı vəziyyətdə öldüklərini öyrənmək oldu.
Onun dövründə qazıntılar ilk dəfə sistematik xarakter daşımağa başladı.1961-ci ildən xüsusilə 1980-ci il zəlzələsindən  başlayaraq şəhərdə yalnız bərpa işləri gedir. 
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
İndiki zamana qədər 3/5 hissəsi açılmışdır: müdafiə qalaları, qapılar, nekropollar, mozaikalı evlərdən ibarət kvartallar, freskalar, 2 forum, amfiteatr, 2 teatr, məbədlər və s. Pompeyin işıqlanması üçün işlər gedir.
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
Pompeydə fəvvarə.
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
 
Qədim Pompeyin qalıqları
Qədim Pompeyin qalıqları
26 aprel 2014
GO BACK