Bu dəfə sizlər üçün adlarını eşitdiyimiz bəzi gəzib-görməli yerlər haqqında məlumat verəcəyəm. Gedib görmək imkanımız olmasa da, şəkillər vasitəsilə tanıya bilərik. Buyurub baxa və maraqlı faktlar öyrənə bilərsiniz.
1. Okeanlardan ən uzaq nöqtə - Xinjiang, Çin
Giriş baxımından Çindəki bu bölgə Asiyanın qütb bölgəsi olaraq tanınır. Yəni qitənin hər hansı bir okeana ən uzaq olan bölgəsidir.
2. Ən uzun çay - Nil çayı
Müxtəlif çayların başlanğıcını və dənizə töküldükləri nöqtələri tam olaraq hesablamaq çox çətin olsa da, Nil çayı 6.650 km uzunluğu ilə dünyanın ən uzun çayı olaraq qəbul edilir. Uzun müddət bundan əvvəl sular hələ Tanganika gölündən axarkən Nil çayı təxminən 1.500 km daha uzun idi.
3. Ən uzaq nöqtədəki ada - Bouvet Adası
Bu ada yaşayışı olmayan kiçik bir Norveç adasıdır. Cənubi Atlantik okeanında yerləşir və Antraktida ilə Tristan de Cunha arasında yerləşir.
4. Ən hündür yol - Aucanquilcha mədən yolu
Bu mədən yolu yük maşınlarının 6.000 metr hürdürlükdə yerləşən Çili vulkanına qalxması üçün istifadə edilmişdir.
5. Ən yüksək dağ keçidi - Marsimik La, Hindistan
Bu yol texniki cəhətdən ən yüksək yol olsa da, sonu bir yerə çatmayan bir yoldur, yəni sonsuzdur və artıq istifadəsizdir. Şimali Hindistandakı 5.582 m yüksəkdəki bu yol dünyadakı ən yüksək yoldur.
6. İnsanların yaşadığı ən soyuq yer - Oymyakon, Rusiya
7. Məskunlaşma olan ən isti yer - Dallol, Efiopiya
İnsanların məskunlaşdığı ən isti yer Efiopiyadır.
8. Ən dərin mağara - Krubera mağarası
Gürcüstanda olan bu mağara 2.000 metrdən çox dərinliyi ilə dünya üzərində tanınan ən dərin mağaradır.
9. Ən yüksək temperatur olan yer - Ölüm vadisi
57 dərəcə temperaturla Kaliforniyadakı Ölüm vadisi dünyadakı ən isti yerdir.
10. Dünyada ən uzaq məskunlaşma yeri - Tristan də Cunha
Atlantik Okeanında olan Cənubi Afrika və Cənubi Amerikadan minlərlə km məsafədəki bu kiçik yarımadada 271 nəfər yaşyır.
11. Ən yüksək şəlalə - Angel şəlaləsi
Venesuelada olan bu şəlalə o qədər yüksəkdir ki, tökülən sular bəzən yerə çatmadan buxarlanır.
12. Ən dərin göl - Baykal gölü
Sibirdə olan Baykal gölü dünyanın ən dərin gölü olmaqla yanaşı, eyni zamanda dünyadakı təmiz suyun 20%-ni də təşkil edir.