Qadin.NET / Belqrad

Belqrad

Belqrad

Belqrad Tuna və Sava çaylarının keçdiyi, Osmanlının qərbə açılan qapısı kimi gördüyü əhəmiyyətli bir nöqtə imiş. 1521-ci ildə Osmanlı imperiyasınıa daxil olan Belqard 1878-ci ilədək, təxminən 350 ilə qədər Osmanlı hakimiyyətində qalıb. Hər yerdə gözəl qorunan Osmanlıdan qalma əsərlər, məsçid, türbə və ya türkcə adları var. Qala meydanı, Bayraklı, Dorcol (Dörtyol) kimi meydan, prospekt və məsçid adı olmaqla yanaşı, börək, paxlava, sarma, kabab kimi yeməklər də türk mədəniyyətindən miras qalıb.

Belqrad

 

Əhalinin təxminən 85%-i serb mənşəlidir, sonra ən böyük əhaliyə sahib azlıqlar arasında macarlar, bosniyalılar və romanlar var. Ortodokslar, bununla yanaşı az sayda katolik və ölkə daxilində təxminən 50.000 qədər müsəlman olduğu təxmin edilir. Belqraddakı Bayraqlı məsciddən başqa məscid yoxdur, ölkə daxilində də ən çox 20 kiçik məsçid olduğu deyilir. Osmanlı imperatorluğu vaxtında 1575-ci ildə inşa edilən Bayraqlı məsçidinin tikildiyi ilk illərdə hər yerdən görülə bilməsi üçün azan vaxtları bayraqlar asılarmış, bu səbəblə adı "Bayraq məçidi" kimi qalıb. Hal-hazırda yalnız Ramazan və Qurban bayramı vaxtı namaz üçün azanın səsli oxunmasına icazə verilir.

 

 

Serbiyanın paytaxtı Belqrad şəhərində görülməsi lazım olan çox yer var. Bunların arasında ilk yeri Yuqoslaviya tarix muzeyi tutur. 1950-ci ildən bu yana Yuqoslaviya tarixini xronoloji olaraq yaşaya biləcəyiniz, 7 ayrı ölkəyə ayrılmış Yuqoslaviyanın bütün mədəni zənginliyini, keçmişdəki kənd və qəsəbə mədəniyyətini əks etdirən yerli paltarlarını bu müzeydə görəcəksiniz. Muzeydə olan Marşal Titonun qəbri isə bəlkə də buranın ən maraqlı yeridir. Çiçəklər evi adlandırılan Marşal Titonun qəbrinin yanında 2013-cü ildə həyatını itirən yoldaşının da qəbri yerləşir. Həm də qəbrlərin yanında kiçik bir muzey var. 1943-cü ildə Yuqoslaviyada Marşal rütbəsini alan və 1945-ci ildə hökümət başçısı olan Tito 35 il  ərzində bir yerdə qalması son dərəcə çətin, hətta fərqli dini qruplardan ibarət olan millətləri bir Yuqoslaviya damı altında müvəffəqiyyətlə yiğıb. İllərcə ən kiçik bir problem də olsa yaşanmayıb. 
Belqrad

Belqrad prospektlərində avtomobillə gəzərkən divarlarda qanuni Sultan Süleyman və Hürrəm Sultanın şəkilləri ilə bəzədilmiş "Möhtəşəm Yüzyıl" serialının afişalarını görə bilərsiniz. Bu serial Serbiyanı da təsiri altına almağı bacarıb.

Belqradın ən əhəmiyyətli küçəsi Kınez Mihailovanı da gəzməyi də yaddan çıxarmayın. Maşınlara bağlı olan bu prospekt Belqradın ən gözəl küçələrindən biridir.  İstanbul, dəftərdar və zindan adlandırılan 3 ayrı qapısı olan Kalemegdan Osmanlı dövründə Qala meydan adlandırılıb, Roma dövründə tikilmişdir. Amma adı Osmanlı dövründən bu günümüzə çatıb. Kalemegdanın simvolu təpədə yerləşən zəfər heykəli və parkın içində yerləşən Damat Ali Paşa Türbəsidir.

 

Belqrad

1999-cu ildə NATO-nun bombardmanı nəticəsində ağır ziyan görmüş Serbiya Baş Qərargah Komandanlığı və Daxili İşlər Nazirliyinin nəhəng binaları bu gün istifadə edilmir. 

Belqrad

Serbiya gedib gəzmək üçün gözəl bir ölkədir. Hətta Belqrada gedərkən ikinci böyük şəhər olan Novi Sadın, Petrovaradin şəhəri və qalasını, məşhur Karlofça müqaviləsinin imzalandığı Karlofça qəsəbəsini də gəzməyiniz məsləhət görülür.
16 aprel 2014
GO BACK