Qadin.NET / Eylatda hökmdarlar şəhəri

Eylatda hökmdarlar şəhəri

Səyahət etməyi çoxumuz sevirik və ilk fürsətdə bu şansımızı dəyərləndirməyi düşünürük. Bəlkə də çoxumuz səyahət edəcəyimizi arzu etdiyimiz yerləri gəzib görmüşük. Bəlkə elə çoxumuz da sadəcə arzumuzun gerçəkləşəcəyi günü gözləmişik. Elə bu gün də gəzmək üçün, istirahət etmək üçün gözəl məkan olan Eylat şəhərini təqdim edirəm. Ümid edirəm nə zamansa yolunuz buradan keçər. Yolunuz keçməsə belə virtual olaraq görməyə dəyər. 
İzrailin cənubunda Akab körfəzinin sahilində Eylat şəhəri yerləşir. Buranın ən unikal və məhşur yeri isə "Hökmdarlar şəhəridir". Kings City 2005-ci ildı açılıb və sahəsi 3700 kv/m-dir. Tikinti üçün 40 mln.dollar xərclənmişdir. Hər gün bu tikilini 4500 insan ziyarət edir.
Eylatda hökmdarlar şəhəri
Hökmdarlar şəhəri 5 seksiyadan ibarətdir. Birinci seksiya "Keçmişə səyahət " adlanır. Burada keçmişə Misir fironlarının zamanına  səyahət etmək olar.
Eylatda hökmdarlar şəhəri
İkinci seksiya "İlluziyalar və mürdiklik" seksiyasıdır. Bura Çar Solomona həsr olunub. Mağarada optik illuziyalar, oyunlar, labirintlər var.
Eylatda hökmdarlar şəhəri
Üçüncü seksiya "İncil mağarasıdır". Buraya liftlə gəlmək olar. Burada şəlalələr, körpülər var.
Eylatda hökmdarlar şəhəri
Eylatda hökmdarlar şəhəri
Dördüncü seksiya -"Çar Solomonun şəlalələri"dir. Səyahət edənlər qayıqla 7 mağaradan keçir. Son dayanacaq-Solomonun sarayıdır.
Beşinci seksiyada isə 20 metr hündürlükdən 50 km/s sürətlə enən attraksion var.
Eylatda hökmdarlar şəhəri

Eylatda hökmdarlar şəhəri
4 aprel 2014
GO BACK