Qadin.NET / Dünyanın ən böyük şəhər parkları

Dünyanın ən böyük şəhər parkları

Amsterdam, Voldenpark

120 hektarlıq bir sahədə olan Vondelpark 1865-ci ildə açıldı. İlk zamanlar adı Nieuwe Park olsa da daha sonra XVII əsrdə yaşamış Joost van den Vondel adlı yazarın adını həsr edildi. Parkı ildə orta hesablamaya əsasən 10 milyon adam ziyarət edir.

Chicago, Grant Park

1,29 kvadrat km bir sahədə olan Grant Parkın adı 1844-ci ildə "Lake Park"kimi tanınırdı. Ancaq 1901-ci ildə Amerikan Vətəndaş müharibəsini idarə edən və ABŞ-ın başçısı olan Ulysses S. Grantın adı parka verildi.

Dublin, Phoenix Park

7,07 kvadrat km sahəlik Phoenix Parkın ətrafını 11 km-lik bir divar əhatə edir və bu park Avropanın ətrafı divarlarla əhatə olunmuş ən böyük parklarından biri olaraq tanınır. Qapıları bütün il boyu ziyarətçilərə açıq olan bu park 1662-ci ildə açılıb.

Philadelphia, Fairmount park

4100 hektarlıq bir sahəyə malik olan Fairmount parkı 1812-ci ildən bəri xalqa açıq olaraq xidmət etməkdədir.

Melbourne, Flagstaff Gardens

1862-ci ildə inşa edilən Flagstaff  Gardens Melburnun ən çox ziyarət edilən parklarından biridir. 18 hektarlıq bir ərazidə qurulan park arxeoloji və tarixi baxımdan Melburnun ən əhəmiyyətli yerlərindən biridir.

San Francisco, Golden Gate Park

İldə orta hesabla13 milyon adamın ziyarət etdiyi Golden Gate Park 1870-ci illərdə quruldu və 1017 hektarlıq bir ərazidə yerləşir. Bütün il boyun ziyarətçilərə qapısı açıq olan park New York Central Parkdan 20% daha böyükdür. Golden Gate Park Central Parkdan sonra ABŞ-ın ən çox ziyarət edilən ikinci parkıdır.

Los Angeles, Griffith Park

4310 hektarlıq bir ərazinin üzərində qurulan Griffith Park Şimali Amerikada ən böyük parklardan biridir. Bütün il boyu açıq olan bu park 1896-ci ildən bəri xalqa qapılarını açır və ildə təxminən 10 milyon ziyarətçi gəlir.

London, Hyde Park

1637-ci ildə qurulan Hyde Park 2,53 kvadrat km bir sahə üzərindədir. 1851-ci ildə Great Exhibition dövründə də bu park xalqın toplanma yeri olaraq təyin olunmuş və o dövrdən etibarən bu park toplu olan mərkəzlərdən biridir. İngiltərə və Londonun ən böyük parklarından biri olan Hyde Park böyük konsertlərə də ev sahibliyi edir.

San Paulo, Ibirapuera Park

Cənubi Amerikanın ən böyük və ən əhəmiyyətli parklarından biri olan Ibirapuera Parka Central Parkın San Paulo şöbəsi demək olar. 1954-cü ildə şəhərin 400 illiyinin şərəfinə qurulan park bütün il boyu ziyarətçilərini qəbul etməyə hazırdır.

Bangkok, Lumphini Park

Luphini Park axşam idmanla, qaçışla məşğul olanlar üçün olduqca ideal bir parkdır. Parkda saat 10:00-15:00 arası sərbəst velosiped sürmək və parkda siqaret çəkmək qadağası var. Park 1920-ci ildə Kral VI Rama tərəfindən inşa edilib.

Madrid, Buen Retiro Park

Madridin ən böyük parklarından biri olan Buen Retiro Park XIX əsrin sonlarına qədər İspaniya Kral ailəsinə məxsus idi. XIX əsrin sonlarına doğru xalqa açılan park 1,4 kvadrat km bir sahəyə malikdir. Parkın içində bir çox heykəl, abidə və qalereyalar var.

Mexico City, Chapultepec Park

Chapultepec Park, 1695 hektarlıq bir ərazidədir və Mexiko şəhərinin "ciyərləri" olaraq tanınır. Parka ildə orta hesabla 15 milyon ziyarətçi gəlir və parkın keçmiş tarixi Aztec qəbiləsinə qədər gedib çıxır.

Taksim, Gezi Parkı

1940-cı ildə açılan Gəzinti Parkı 38.000 metr kvadrat bir sahəni örtür. İstanbulun Respublika dövründə edilən ilk parkı kimi tanınan Gəzinti Parkı uzun bir müddət "İnönü Gezisi "olaraq da adlandırıldı. 1991 və 1992-ci illər arasında yenidən təşkil edilən parkın ortasında böyük bir hovuz inşa edildi.

Lissabon, Monsanto Forest Park

Portuqaliyanın Lissabon şəhərində olan Monsanto Forest Park 10 kvadrat kilometr bir sahəni örtür. 1934-də edilən yenidən yaşıllaşdırma işlərində bölgədəki məhbuslar və fermerlər bölgəni canlandırmaq üçün çalışmışdılar.

Avstraliya, Kings Park

4,06 kvadrat km bir sahəyə malik olan Kings Park Qərbi Avstraliyada yerləşir. Dünyada bir şəhərin içində olan ən böyük parklardan biri olma xüsusiyyəti daşıyan bu parka bir il içində 5 milyondan çox ziyarətçi gəlir.

Vancouver, Stanley Park

4,04 kvadrat km bir sahədə qurulmuş olan Stanley Park New Yorkdakı Central Parkdan 10%-a qədər daha böyükdür. Park 1888-ci ildə Lord Stenli of Prestonun adına açıldı və ildə orta hesabla 8 milyon ziyarətçi parkı görmək üçün Vancuverə gəlir.

Tokio, Ueno Park

1873-cü ildə açılan Ueno Park 133 hektarlıq bir ərazi üzərində yerləşir. Qərbdəki nümunələrinin ardından Qərb mədəniyyətindən təsirlənərək Meiji dövründə inşa edildi. İldə 10 milyondan çox ziyarətçi bu parkı görməyə gəlir.

Pekin, Beihai Park

Çinin ən böyük bağçalarından biri olan Beihai Park ilk olaraq XX əsrdə inşa edildi və bir imperatorluq bağçası olaraq xidmət etməkdədir. Park 1925-ci ildən etibarən xalq üçün istifadəyə verildi.

Moskva, Bitsevsky Park

18 kvadrat km bir sahəyə yayılan park Moskvanın ən böyük təbii parklarından biridir. Park 500-dən çox bitki növünə ev sahibliyi edir. XIX əsrdə parkda 33 növdə fərqli məməli və 78 fərqli quş növü var idi. Bir də parkın pis keçmişi var. 2001-2006 illərində ardıcıl qatil Alexander Pichushkin bu parkı məskən bilmiş və işlədiyi 60 cinayətin 59-u bu parkda reallaşmışdır.

New York, Central Park

1857-ci ildə açılan Central Park 840 hektarlıq bir ərazinin üzərinə quruldu. İlk qurulanda isə 778 hektarlıq bir sahənin üzərində inşa edilmişdi. Central Park ABŞ sərhədləri içində ən çox ziyarət edilən park olaraq tanınır və təxminən 37,5 milyon ziyarətçi hər il bu parka ziyarətə gəlir. 

18 iyul 2013
GO BACK