Qadin.NET / İstirahət güşələrimiz - Tovuz

İstirahət güşələrimiz - Tovuz

      Tovuz əvvəllər rayon olub. Sonralar isə güclü inkişaf və qədim irsi mədəniyyətinə görə şəhər statusu alıb. Tovuz şəhəri Azərbaycanın ən dilbər güşələrindən biridir. Yay mövsümü başladıqda hər kəs harasa istirahət etmək üçün üz tutur. Bəzilərimiz xarici ölkələrə, bəzilərimiz Azərbaycanın gözəl güşələrinə, yəni rayonlara gedirik. Bu gün mən sizə Tovuz şəhərinin təbiəti, gəzməli-görməli yerləri, bir sözlə sizə xarici ölkələri saya salmayacaq gözəlliyi ilə tanış edəcəm.

İstirahət güşələrimiz - Tovuz

Şəhərin girişində bizi qədim Tovuz Qalası qarşılayır.

İstirahət güşələrimiz - Tovuz
İstirahət güşələrimiz - Tovuz

Burada Tovuzun qədim adət-ənənələrini özündə əks etdirən abidələr qorunub saxlanılır.

İstirahət güşələrimiz - Tovuz
Bu isə Tovuz qalasının yanında gözəl zövqlə salınmış parkdır.
İstirahət güşələrimiz - Tovuz
Bu da Tovuz parkıdır.
İstirahət güşələrimiz - Tovuz
Fəvvarələr göz oxşayır.
İstirahət güşələrimiz - Tovuz
Burada zövqlə əkilmiş cürbəcür ağaclar, rəngarəng güllər var. Uşaqlar üçün atraksion, hündür şəlalə bura gələn qonaqları bir daha özünə heyran edir. Bura gələn qonaqların gözəl istirahəti üçün hər bir şərait yaradılmışdır.
İstirahət güşələrimiz - Tovuz
Bura isə Tovuz şəhərində yerləşən Şəhidlər xiyabanıdır. Tovuzda Əlibəyli kəndinin sakinləri hərbçilərlə birgə yaşayırlar. Çünki Əlibəyli kəndi ilə ermənilərin işğal etdiyi torpaqlarımız arasında 3 km məsafə var. Mənfur düşmənlərimiz tez-tez atəşkəsi kəsir, kəndə yağış kimi güllələr yağdırırlar.
İstirahət güşələrimiz - Tovuz
Tovuzun milli yeməyi sini xəngəli adlanan xəmir xörəyidir. Bura gəlib o ləziz xəngəlin dadına baxmamaq olmaz.
İstirahət güşələrimiz - Tovuz
Tovuzun milli musiqi aləti isə milli mədəniyyətimizin əvəzolunmaz atributu, dədəmiz Qorquddan bizə yadigar qalan sazdır.
İstirahət güşələrimiz - Tovuz
Tovuz şəhəri hər tərəfdən dağlarla əhatə olunmuş bir şəhərdir. Dağların arasında, meşələrin içində bir şəhərdir. Buranın ecazkar təbiəti, təmiz havası var.
İstirahət güşələrimiz - Tovuz

Bu şəhərin təbiətinin gözəlliyini sübut edəcək bir şəkil daha sizlərə təqdim edirəm. Bu gözəllikdən doymaq olmur.

İstirahət güşələrimiz - Tovuz

Tovuz ərazisi 4 vadidən ibarətdir. 1. Ağdərə, 2. Axınca dərəsi, 3. Əsrik dərəsi, 4. Xınna dərəsi.

İstirahət güşələrimiz - Tovuz

Əgər bura gəlmək fikrinə düşsəniz, bu vadilərin hamısını gəzməyi məsləhət edirəm. Çünki hər biri ayrı-ayrı gözəlliyə malikdir.

İstirahət güşələrimiz - Tovuz

Əsrik dərəsi yay mövsümündə nəinki, Tovuz əhlinin, bütün Azərbaycanın və xarici ölkələrdən gələn turistlərin axın etdiyi bir yerdir.

İstirahət güşələrimiz - Tovuz

Bu dağların zirvəsi hətta yayda da qarlı olur.

İstirahət güşələrimiz - Tovuz

Təkcə Əsrikdə 36 bulaq var. Hər bulağın ətrafında isə bir istirahət mərkəzi salınıb.

İstirahət güşələrimiz - Tovuz

Bütünlüklə qalın meşədən ibarət olan bu yerdə 40 dərəcə istidə adam üşüyür bəzən.

İstirahət güşələrimiz - Tovuz

Münbit torpağa və çox təmiz havaya malik olan Əsrik dərəsi bura gələnləri özünə heyran edir. Bu isə Əsrikdə yerləşən Alban məbədidir.

İstirahət güşələrimiz - Tovuz

Bura isə Tovuzun Əhmədabad kəndində yerləşən Haçaqaya qayasıdır.

İstirahət güşələrimiz - Tovuz
Tovuzdakı Koroğlu qalası.
Sultan körpüsü
İstirahət güşələrimiz - Tovuz
Tovuzun bir-birindən gözəl otelləri də var.
İzel hotel
İstirahət güşələrimiz - Tovuz
Ayan Palace
İstirahət güşələrimiz - Tovuz
İstirahət güşələrimiz - Tovuz
Tovuz şəhərinin girəcəyində yerləşən beşulduzlu bu otel qonaqların rahatlığını təmin etmək üçün hər bir şəraitə malikdir. 
İstirahət güşələrimiz - Tovuz
Gözəl hovuzu, restoranı, idman meydançası, aerobika zalı, fitnes klubu, bir sözlə, sizin zövqlə dincəlməyiniz üçün hər bir şəraiti vəd edir.
İstirahət güşələrimiz - Tovuz
Sonda hamınıza yay mövsümündə xoş istirahətlər arzu edirəm. Bu təbiətdən, bu gözəllikdən,buranın insanlarının istiqanlı və qonaqpərvətliyindən razı qalacaqsınız.
18 iyun 2013
GO BACK