Yay aylarında hər birimiz dincəlmək, istirahət etmək istəyirik. Dincəlmək üçün Azərbaycanın dilbər güşələrinə ya da başqa ölkələrə üz tuturuq. Mən bu gün sizə Yunanıstan haqqında məlumat vermək istəyirəm. Yunanıstan bütövlükdə adalardan ibarətdir.
Demək olar ki, Yunanıstanın bütün bölgələrində orta əsrdən qalma antik binalar və heykəllər var. Buranın hər şeyi çox gözəl saxlama qabiliyyəti olan təbiəti olduğu üçün Yunanıstan dünyanın ən gözəl turistik ölkələrindən biri sayılır.
Yunanıstanın paytaxtı Afina çox gözəl şəhərdir. Burada qeyri-adi dizaynda tikilən və ağ rənglə rənglənən binalar göz oxşayır.
Burada yayda hava +18 , +22 dərəcə olur. Yay turistik mövsümü may ayından sentyabr ayına qədər davam edir.
Yunanıstanın pul vahidi Dinar adlanır.
Ohrid adası turistlərin ən çox ziyarət etdiyi göldür. Buranın çox gözəl təbiəti və çimərlikləri var. Gölün suyu şəffaf və təmizdir.
Burada həm də çox gözəl gəmi gəzintiləri də təşkil olunur.
Yunanıstanda çox gözəl 2, 3, 4, 5 ulduzlu otellər var ki, hər il buranı ziyarət edən turistləri qarşılayır və onların rahatçılığı üçün burada hər bir şərait yaradılmışdır. Bunlardan 5 ulduzlu Ston Bric Otel:
Əsasən palma ağacları ilə bəzədilən otel insanı tropik meşələrin birindəki kimi hiss etdirir.
Əsasən adalardan ibarət olan Yunanıstan otellərində yaradılan ab-hava da sanki insanı adalara ziyarətə aparır.
5 ulduzlu Nyu Star Oteli
Bu otel dizaynı və arxitekturasının qeyri-adiliyi ilə göz oxşayır. İnanın ki, burda bir dəfə olan yenə də olmaq istəyir.
Burdakı hovuzun böyüklüyü və şəffaflığı və otelin otaqlarının rəngarəngliyi adamı özünə cəlb etməyə bilməz.
4 ulduzlu Glam otel: