Qadin.NET / Səhralar

Səhralar

 

Bəziləri səhvən elə güman edirlər ki, səhralarda qumdan başqa heç nə olmur. Amma bu, düzgün deyil. Səhralarda qum çox olsa da, onların hər birinin özünəməxsus xüsusiyyəti var.

Saxara səhrası- Şimali Afrikada yerləşən səhralardan ən böyüyüdür. Bu, Yer kürəsində ən iri səhradır. Bütövlükdə Afrika ərazisinin 3/1 hissəsini tutur. Əlcazair, Misir, Qərbi Saxara, Liviya, Mavritaniya, Mali, Mərakeş, Nigeriya, Sudan, Tunus, Çad kimi 10-dan çox dövlətin ərazisini əhatə edir. Alimlər Saxara səhrasını çoxdan tədqiq edirlər. Onların son araşdırmaları göstərir ki, Saxara hər zaman səhra olmamış, 2700 il əvvəl iqlim dəyişkənliyi nəticəsində səhraya çevrilmişdir. Təqribən 6000 il əvvəl bu yerlərdə də ağaclar böyümüş, göllər mövcud olmuşdur.

Səhralar

Təklə-Məkan səhrası- Qarla örtülü səhradır. Mərkəzi Asiyada yerləşir və dünyanın ən nəhəng səhralarından biridir. İyirmi ən böyük qeyri-qütb səhraları sırasına daxildir. Ərazisi 270 kv.kilometrə çatır. Burda məşhur İpək yolu uzanır. Çinin bu ən böyük səhrasında 2008-ci ildə çox güclü temperatur dəyişməsi baş verib. Təbii hadisə nəticəsində səhranın bütünlüklə qar bürüdü və bu, on bir gün davam etdi.
Səhralar

Səhralar
Namib səhrası- Cənubi Afrikada yerləşir. Filləri ilə məşhurdur. Ərazi baxımından Saxaradan geridə olsa da, gözəllikdə ondan heç də geri qalmır. Səhranı Anqolanın də ərazisinə uzanan Namib-Naukluft milli parkının bir hissəsi hesab edirlər. Burada hündürlüyü 300 metrə çatan qum təpələrindən zövq almaq olar. Ən əsası, burada Namib fillərini görmək olar, axı bu heyvanlar yalnız Namib səhrasında yaşayır və əlverişli şəraitdə onları görmək olur. Səhranın şimal sahilini skeletlər sahili adlandırırlar. Çünki məhz bu ərazidə çoxlu sayda gəmilər qəzaya uğrayıb. Onları hətta materikin içərilərinə doğru 50 metr məsafədə görmək mümkündür. Bəs bu necə ola bilər? Çox sadə. Namib səhrası zaman-zaman öz metrlərini okeandan geri alır.
Səhralar
Səhralar
Lencois Maranhens səhrası- Braziliyada yerləşir. Bu ölkədə ən müxtəlif və gözəl tropik meşələrdən zövq almaq olur. Səhranın bir maraqlı xüsusiyyəti var-bu, gözqamaşdırıcı bəyaz qum təpələri və mavi laqundur (dənizdən ayrılmış kiçik göl). Məhz bunlar səhraya xüsusi gözəllik verir. Ərazinin səhralıq olmasına baxmayaraq bura külli miqdarda yağıntı düşür. Damcılar qum təpələrinə yığılaraq kiçik göllər yaradır. Göllərdəki su şəffaf təmizliyi ilə seçilir. Deyilənə görə, buraya ildə 1600 mm yağıntı düşür ki, bu da Saxara səhrasındakından 300 dəfə çoxdur. Təbii ki, yağış mövsümündən sonra havalar isti keçdiyi üçün su bütünlüklə buxarlanır.
Səhralar
Səhralar
Salar-De-Uyuni səhrası- Boliviyada yerləşir. Ən iri duzlu səhradır. Səhranın özü kifəyət qədər geniş, səthi düzdür və bunun nəticəsində burada yığılan su güzgüyə bənzəyən nazik su qatı əmələ gətirir. Bütün bunlar heyrət ediləcək dərəcədə gözəl görünür. Salar-de-Uyunidə  faydalı qazıntı yataqları çox olduğundan burada suyu qəribə rənglərə çalan bir neçə göl var. Səhra duzlu olduğu üçün duz hasilatı burada əsas yer tutur. Mütəxəssislərin hesablamalarına görə, ərazidə 10 milyard tondan artıq duz ehtiyatı var. Halbuki, ildə bunun cəmi 25 min tonu çıxarılır.
Səhralar

Səhralar
Simpsoni səhrası- Ona qırmızı qum səhrası da deyirlər. Avstraliyada yerləşir. Xüsusilə,"Ağılsız Mak" filmindən sonra məşhurlaşmış və diqqəti daha çox cəlb etmişdir. Bundan başqa, burada dünyanın ən uzun qum təpələrini görmək olar, ən maraqlısı isə odur ki, təpələr bir-birinə paralel yerləşib. Ümumilikdə səhrada 1100 qum təpəsi vardır. Səhra özü isə 170 km məsafə boyunca uzanıb gedir. Səhrada yolu tapmaq mümkün deyil, amma bu, turistləri qorxutmur. Onlar qızmar bürkü və 50 dərəcə istiyə məhəl qoymayaraq səhranın heyratamiz gözəlliklərini görmək üçün bura gəlirlər. Bununla belə, bir neçə insanın istilərə dözməyərək həlak olduğuna görə Avstraliyada turistlərin xüsusən qaynar istilərdə gəlişinə qadağa qoyulub.
Səhralar
Səhralar
Antaraktida səhrası- Səhra rütubətli, eyni zamanda quru iqlimə malik olduğu üçün cəsarətlə demək olar ki, bura qorxulu səhradır. İnsan bu səhrada daimi məskunlaşa bilməz, çünki bura çox soyuqdur. 1983-cü ildə Yer kürəsində ən aşağı temperatur-89 dərəcə məhz Antarktida səhrasında qeydə alınmışdır. Yeri gəlmişkən, Antarktida səhrasını yağıntılar düşdüyünə görə yox, ərazisinin 98%-nin buzla örtüldüyünə görə rütubətli hesab edirlər.
Səhralar
Səhralar
Atakama səhrası- Çilidə Ariko və Antofaqasta arasındakı ərazidə yerləşir. Atakama dünyada ən quraqlıq məkan olduğuna görə Ginnesin Rekordlar Kitabına düşüb. Antofaqastada sahilboyu duman özü ilə rütubət gətirir və bu, ərazidəki bitkilər üçün yeganə həyatverici mənbədir. Səhra mis və natrium nitrat yataqları ilə zəngindir. Bu səbəbdən də Çili və Boliviya arasında olan bu əraziyə görə mübahisə qalmaqdadır.
Səhralar
Səhralar
Farafra səhrası- Misirdə yerləşir. Onu həm də "El-Beyda Saxare" adlandırırlar (tərcümədə "səhranın mənası" deməkdir). Bu səhra açıq-sarı rəngdədir. Baxmayaraq ki, həmin rəng başqa yerdə yerləşən sarı qumla təzad nəticəsində yaranıb. Burada qum tufanlarının yaratdığı nəhəng tabaşir qayalarını da görmək olar. Bir vaxtlar bu yerlərdə mövcud olmuş okean özündən sonra karst törəmələrində (torpağı asanlıqla həll olunan süxürlarından ibarət olan sahələrdə relyefin spesifik formaları) ağ süxurlar qoymuşdur.
Səhralar
Səhralar

19 iyun 2013
GO BACK