Səyahət dedikdə ağlımıza ilk öncə yay fəsli gəlir. Artıq yay fəsli yaxınlaşır. İstirahətin tam zamanıdır. İl boyu gördüyünüz işlərdən sıxılıb, yorulub və stressdən uzaq olmaq istəyirsinizsə istirahət etməyin tam vaxtıdır. Əgər düşünürsünüz ki, büdcəmə uyğun istirahət yalnız ölkə daxilindədir məncə kədərlənməyə dəyməz. Xatırlasaq ki, dünyanın ən gözəl ölkələrin birində yaşayırıq məncə istirahət etməyə dəyər.
Həm müalicə almaq həm dincəlmək üçün ölkəmizin gözəl sanatoriyaları var. Əgər dağ havası istəyirsinizsə ölkəmizin cənnət məkanlarına baş çəkə bilərsiniz. Eyni zamanda çimərlik istirahətini sevənlər üçün də ölkəmizdə əlverişli şərait yaradılıb. Bir günlük istirahət insanın əhval-ruhiyyəsini dəyişmək üçün kifayətdir. Yaşıl meşə, dağ havası, quşların cəh-cəhi, yerə sərilmiş bir süfrə və dəyərli ailəniz.
İstirahət hər zaman bahalı restoran, 5 ulduzlu otel demək deyildir. Kiçik büdcə ilə belə istirahət edə bilərsiniz.
Sizlərə gözəl istirahət məkanlarını təqdim edirəm.
Nabran
Masallı
Yardımlı
Əgər büdcəniz yetərli qədərdirsə bəli xarici ölkələrdə də gözəl istirahət edə bilərsiniz. Dünya turuna və yaxud da dəniz turuna çıxa bilərsiniz. Ən gözəl turizm ölkələrini gəzib, gözəl vaxt keçirə bilərsiniz.
Bu da dünya istirahət məkanları.
B.Ə.Ə. Dubay
İstirahət insana həm fiziki, həm mənəvi cəhətdən yaxşı təsir göstərir. Bəzi ölkələrdə sırf istirahət üçün il boyunca pul yığırlar. Öz istirahətləri üçün bir büdcə ayırırlar. Onlar bu istirahətlə güc toplayıb yenidən iş həyatında daha aktiv fəaliyyət göstərəcəklərini düşünürlər.
Gəlin vaxtımızın, həyatımızın, sağlamlığımızın qədrini bilək. Gəzək görək. İnsana gəzmək, görmək xatirə olaraq qalır. Çalışın bu xatirələri çoxaldın. Bu yayı səmərəli dəyərləndirməyi tövsiyyə edərdim. Gözəl istirahətlər.
P.S. Bu şəkillərdə sadəcə istirahət məkanlarını kiçik bir hissəsi nümayış olunub . Daha ətraflı növbəti xəbərlərdə olacaq.