Qadin.NET / Dağlar qucağındakı yurdum-Zaqatala

Dağlar qucağındakı yurdum-Zaqatala

Yayın gəlişiylə əlaqədar hamımız istirahət planları qururuq. Hara getmək, necə istirahət etmək barədə danışırıq. Belə bir zamanda istəyirəm ki, sizlərə ölkəmizin gözəl, gəzməli-görməli, istirahət etməli yerlərindən biri olan Zaqatala şəhəri ilə tanış edim. İlk öncə sizlərə şəhəri, sonra isə təbiət möcüzələrini göstərəcəyəm.

Bura Zaqatala şəhərinin mərkəzindəki Heydər Əliyev adına parkdır.
Ümummilli prezidentimizin heykəli
Bu, parkın qarşısındakı abidədir.
Bu, adı ilə də, özü ilə də fəxr etdiyimiz pambıqçı Sevil Qazıyevanın heykəlidir.
Bu da milli parkın yolu və eyni zamanda şəhərin ən işlək küçələrindən biridir.
Bu, qədim Gürcü qalasıdır.
Bura isə şəhər sakinlərinin ən çox istirahət etdikləri meydandır. Və bu gördüyünüz ağacların yüzlərlə yaşı var.
Bu gördüyünüz şəkildəki xırda çay daşlarının rənglənməsi ilə hazırlanmış qədimi abidələrdəndir.
Zaqatala Şəhər Olimpiya  İdman Kompleksi
Kompleksin futbol meydançası və Zaqatala şəhərinin milli yığması "Simurq" futbol klubu
Şəhərdə yenicə açılmış hava limanı
Bəlkə də çoxlarınız bilirsiniz, Qafqaz İslam Universiteti Zaqatalada yerləşir. Bu, universitetin binası və həyətindəki məsçiddir.

İndi keçək Zaqatalanın gözəl təbiətinə, səfalı yerlərinə. 

 

 



Zaqatalanın qışı da, payızı da yayı qədər gözəldir.

Hər birinizə xoş istirahətlər arzulayıram.
9 iyul 2013
GO BACK