Əziz Qadin.Netlilər bu xəbərimi hazırlamaqda məqsədim, bu gözəllikdəki yerlərlə sizi də tanış etməkdir. Bu şəkilllər məni bir andaca valeh etdi və düşündüm ki, sizlər də bəyənərsiniz. Artıq üzü yaya doğru gedirik, amma hələ də məzuniyyət götürmədən işləyənlər də az deyil aranızda. İş həyatından artıq yəqin ki, siz də ayrılıb bir istirahət etmək istəyirsiniz. Bu arzularınızı reallaşdırmaq isə sizin öz əlinizdədir. Bu istirahət yerlərinə getməyiniz şərt deyil, sadəcə bu gözəlliklərdən zövq almanız da yetər. Əslində biraz fantaziya işlətsəniz elə xaricə çıxmadan da bu cür gözəlliklərdən bəzilərini yaşaya bilərsiniz.
Elə hesab edin ki, hal- hazırda evdə və ya işdə yox bu cür gözəlliklər olan yerdəsiniz. Bu yerlərdən hansında olmaq istərdiniz bu dəqiqə?
Filipindəki dəniz kənarında olan istirahət mərkəzlərinin birindəki bu super komfortlu yelləncəkdə...
Ya da bu cür su hovuzunun üstündə bu gördüyünüz yumşaq kreslolarda uzanıb film izləmək...
Taylanddakı bu gördüyünüz hündür ağacdakı yemək masasında...
Yoxsa gördüyünüz bu əfsanəvi məkanda...
Alaskada olan bu sərinləşdirici kanodamı...
Sakit okeanındakı bu yelləncəkdə...
İsveçrədəki bu maşın qayıqlardan birində...
Bora Borada suyun içərisində oturaraq yemək yemək...
Mikonosda dənizin ortasınadkı bu romantik masada...
Yeni Zenlandiyadakı bu möcüzəli parkın ortasında yerləşən istirahət üçün nəzərdə tutulan yumşaq oturacaq...
Fransadakı Colmar qəsəbəsindəki bu sakit mənzərəli yerdəki qayıqda...
Floridadakı dəniz sahillərindən birində olan bu qum masasında...
Kefaloniyada dağların ətəyindəki bu göldə qayıq botla su gəzintisinə çıxmaq...
Yoxsa bu cür əsrarəngiz sonsuzluq hovuzunda...
Maçu Piçkuda dağların ən yüksək zirvəsindəki bir lamaya kürəyinizi söykəyərək...
Yoxsa İsveçdəki bu evin ən üst mərtəbəsindəki cakuzidə...
Maldiv adalarındakı bu heyrətamiz kotecdə oturub, Okeandakı balıqları seyr etməklə...
Santorinidə yerləşən bu təbii mağara hovuzunda...
Maldiv adalarındakı bu romantik taxta evcikdə...
Dedon adasındakı meşədə dağların əhatəsində, göl qırağında bu sakit kotecin önündəki rahat yelləncəkdə...
Balidəki bu gözəl mənzərə ilə əhatələnmiş çay evində...
Gördüyünüz bu xüsusi bəzədilmiş ev baxçasında...
Ya da ki, sadəcə uca bir ağacın kölgəsində...
(Ardı var)