Qadin.NET / Gözəl istirahət yerləri

Gözəl istirahət yerləri

Artıq istirahət etməyin vaxtı gəlib çatır. Əgər seçim etmək istəyirsinizsə sizə yeni yerlər təqdim edəcəyəm. hər dəfə yeni yerlərdə istirahət etmək istəyirsinizsə bu xəbəri diqqətlə izləyin. Türkiyənin cənnət guşələrində bir neçə günlük romantik tətil etmək istəyənlər üçün ipucları təqdim edirik.

 Qıyıköy 

Gözəl istirahət yerləri

Qaradənizə baxan sakit bir balıqçı kəndidir. Balıq tutmaq, qaçış idmanı, təbiətlə baş-başa qalmaq istəyənlər üçün əla seçimdir. İstanbula yalnız 165 km uzaqlıqda olan Kıyıköydə bir də çimərlik var. Bölgəyə həftə sonları İstanbuldan səyahət turları da təşkil edilir. Mövsüm balıqlarının hamısını tapa bilərsiniz burda. Kıyıköydə gün batmasını da izləməyi unutmayın! Çox romantik bir görünüşü var. Bölgədə bir-birindən şirin otellər var.

Sapanca

Gözəl istirahət yerləri

Gözəl istirahət yerləri

İstanbula 120 km məsafədə olan Sapanca çox gözəldir. Göl kənarında olan kafelərdə keçirəcəyiniz bir həftə sonu ömür boyu yadınızdan çıxmayacaq, yaddaşınızda şirin xatirələrlə qalacaq. Göl sahili boyunca qaçış, Maşukiyədə olan şəlalənin səsinin quş səsləri ilə inteqrasiyasına şahid olmaq, Sapancaya xas təzə alabalığı göl kənarında, təbiətlə baş-başa bir mühitdə nuş etmək Sapancada həftə sonu keçirəcəyiniz ən gözəl tətilin bir nümunəsidir.

Şilə

Gözəl istirahət yerləri

Qumluqları və təbii çimərlikləri ilə, xüsusilə yaz aylarında sərinləmək istəyən İstanbulluları özünə çəkən Şilə şəhərdən çox uzaqlaşmadan, amma şəhərin səs-küyündən, kütləsindən uzaq, sakit bir tətil keçirmək istəyənlərin seçimi ola bilər. Mahalın görməyə dəyər əhəmiyyətli, təbii gözəlliklərinin iştirak etdiyi sahələrdən biri də Hacılı Kəndi yaxınlarındakı "On bir Göllər Vadisi"dir.

Asos 

Gözəl istirahət yerləri

Bir qədəh şərab əlinizdə, gömgöy dəniz ayaqlarınızın altında və möhtəşəm balıq dadı damağınızda ... Bunu Assos səyahətinizin yalnız kiçik bir hissəsi kimi düşünün. Bir də gəzdiyiniz yerləri, görəcəyiniz tarixi, müasir həyatın xaosundan uzaq, səssiz keçirəcəyiniz günləri və unuda bilməyəcəyiniz bir tətili düşünün.

Ağva 

Gözəl istirahət yerləri

İstanbula 100 km. məsafədə olan Ağva yaşılın min bir tonu içərisində sakit bir tətil etmək istəyənlər üçün xüsusi, bir-birindən gözəl otelləri ilə qonaqlarını qəbul edir. Möhtəşəm təbiəti, qumlu dənizi, qaçış sahələri ilə, xüsusilə son illərdə otel və pansion baxımından olduqca inkişaf edən Ağva 20-yə yaxın pansiyonuyla ziyarətçilərini qarşılayır.

 Gözəl istirahət yerləri

Kerpe

İzmirə 50 km uzaqlıqda olan Kerpe məşhur tətilin dadını damağınızda saxlayacaq. Gömgöy dənizi, kürəyini şam meşələrinə söykəmiş bir Qaradəniz kəndi olan Kerpe son illərdə çox məşhurlaşdı. Dillərə dastan gözəllikdəki "qayalıqları" ilə qonaqlarını özünə heyran qoyan Kerpe, İstanbula yaxın olması səbəbiylə də olduqca maraq doğurur.

8 may 2013
GO BACK