Qadin.NET / İstanbula qış səyahəti (II hissə)

İstanbula qış səyahəti (II hissə)

 

 İstanbulda olub alış-veriş etməmək düzgüz olmazdı, deyilmi xanımlar?

 Burada bir-birindən gözəl alış-veriş mərkəzləri var, təbii ki, hamısımı gəzməyə vaxtım çatmadı, amma Cəvahir, Marmara Forum, Galereya, Kanyon və İstanbul Forumda oldum. Bir-birindən gözəl brendlər cibə uyğun qiymətləri ilə adamı sevindirirdi. Eyni zamanda hər birində uşaqlar  əyləncə mərkəzləri, kafelər, kinoteatrlar fəaliyyət göstərirdi. Kafelərdən danışmışkən bir az da türk mətbəxindən söz açmaq istərdim. Türk mətbəxi çeşidli yeməkləri ilə tanınır. Amma həddindən artıq ədviyyatdan istifadə mənim damaq dadıma uyğun deyildi. Məsələn, çiy köftə, içli köftə türklərin sevimli təamı olsa da, mənim boşqabımda yarımçıq qaldı.  

Mən daha çox türklərin şirniyyatlarını sevirəm, xüsusilə də künəfəni. Kadayıf və dil peynir adlanan xüsusi pendir növü ilə hazırlanan, üzərinə bişdikdən sonra şərbət süzülən və qaymaq qoyulan bu şirniyyat xüsusi ləzzətə malikdir. Bundan əlavə İstanbuldakı südlü şirniyyatların, şəkərparələrin, paxlavaların, qurabiyyələrin, börəklərin dadına doyum olmaz. 

 

İstanbula qış səyahəti (II hissə)
  

İstanbula yolunuz düşsə, mütləq, Eminönüyə baş çəkib balıq əkmək arası yeməyi yaddan çıxartmayın. Bunu sizə balığı çox da sevməyən biri kimi deyirəm. 

Mənim kimi kumpir sevənsizinizsə, Ortaköydə sahil kənarında dünyanın ən dadlı kumpirlərini yeyə bilərsiniz. 

İstanbul Foruma getmişkən yaxınlıqda yerləşən Turkuazooya  mütləq baş çəkməyinizi məsləhət görərdim. 

 

İstanbula qış səyahəti (II hissə)

 

 Sualtı aləmin gözəl varlıqları burada İstanbul akvariumda sizlərin yolunu gözləməkdədir. Mən burda olarkən ömrümdə ilk dəfə su atlarını gördüm. Bura da giriş biletlədir. Turkuazooya daxil olan hər bir kəsin rəsmləri çəkilir, sonda şəklinizi alıb-almamaq sizin istəyinizə bağlıdır.

 

İstanbula qış səyahəti (II hissə)
İstanbula qış səyahəti (II hissə)
İstanbula qış səyahəti (II hissə)
İstanbula qış səyahəti (II hissə)
İstanbula qış səyahəti (II hissə)

 

Növbəti günümüzü Dolmabağçaya həsr etdik. 19-cu əsrdən Osmanlı paşaları məhz Dolmabağçada hökmdarlıq etmişlər. Dolmabağçanın gözəlliyini çəkdiyim şəkillər sizə anladacaq.

 

İstanbula qış səyahəti (II hissə)

 

Burda bilet aldıqdan sonra dil seçiminə(rus, türk, ingilis, ərəb, fransız) uyğun olaraq qruplara bölünüb xüsusi təyin olunmuş şəxsin başçılığı altında Dolmabağçada yerləşən otaqlara ekskursiyaya çıxmaq olur. Həmin şəxs otaqlar, dekorasiya, eksponatlar barədə maraqlı məlumatlarla turistləri məlumatlandır. Burada olan 4-5 tonluq çilçıraqlar, çar II Nikolay tərəfindən bura göndərilmiş ayı dəriləri, Validə Sultanın yataq otağı, Sultan Əbdül Əzizin, Sultan Əbdül Məcidin otaqları, Atatürkün otağı xüsusilə diqqətimi cəb etdi.

 

İstanbula qış səyahəti (II hissə)
İstanbula qış səyahəti (II hissə)
İstanbula qış səyahəti (II hissə)
İstanbula qış səyahəti (II hissə)

 

Dolmabağçada olarkən sanki keçmişə səyahətə çıxırsan. Döşəmənin ahəngli çırıltıısı bu səyahətə xüsusi rəng qatırdı. Dolmabağçadakı ən gözəl otaqlardan biri Mavi otaq adlanırdı. Məlumat üçün deyim ki, Atatürkün cənazəsi məhz bu otaqda qoyulmuş, cənazə namazı da burada qılınmışdır. Qeyd edim ki, Dolmabağçada şəkil çəkməyə icazə yoxdur. Təqdim etdiklərimi yoldaşım necəsə çəkə bilmişdi.

 

İstanbula qış səyahəti (II hissə) 

İstanbula gəlib Bosforun gözəlliyinə şahid olmamaq günah olardı. Bir günümüzü, demək olar ki, boğazda keçirtdik.  Boğaza turlar həm avtobusla, həm gəmiylə həyata keçirilir. Biz getdiyimiz gün hava günəşli olduğundan gəmi ilə səyahəti seçdik.

 

İstanbula qış səyahəti (II hissə)
İstanbula qış səyahəti (II hissə)

 

 Kız Kulesinə də getdik. Kız Kulesi romantik ab-havası ilə bizə xoş anlar yaşatdı.

 

İstanbula qış səyahəti (II hissə)
İstanbula qış səyahəti (II hissə)

 

Kız Kulesinin birinci mərtəbəsində kafe fəaliyyət göstərir. Şam və lampa işığında şam yeməyi yeyib pəncərələrdən boğazın gözəlliyini seyr etmək xüsusi zövq verirdi. Kız Kulesinin əldən iti fotoqrafları 5 dəqiqə ərzində şəkillərinizi çəkməklə xidmətinizdə olacaq. Kız kulesinin divarlarını maraqlı kompazisiyalar bəzəyirdi. Onlardan biri Kız Kulesinin tarixi əfsanəsini özündə əks etdirirdi.

 

İstanbula qış səyahəti (II hissə)

 

Növbəti gün biz artq Galata kulesində idik. Yüksəklikdən bu qədər qorxduğumu həmin gün anladım. Bütün turistlərin şəkil çəkdirdikləri, ovuc içində yerləşən İstanbulu seyr etdikləri bir an mən çıxış qapısını axtarırdım.


İstanbula qış səyahəti (II hissə)

 

Galatanın içərisində zövqlə bəzədilmiş kafe fəaliyyət göstərirdi.

İstanbula yolunuz düşəndə Beşiktaşdakı Dəniz muzeyini, Eyyübdəki Eyyüb camisini, Pierre Lottini, Taksimi, İstiqlal küçəsini mütləq ziyarət etməyinizi məsləhət görərdim.

Bu dəfə ki, İstanbul səyahətimindən bəlkə 10 hissəli xəbər hazırlaya bilərdim, ancaq sizləri yormaq istəmədim. Sonda isə Yeni il axşamı baş çəkdiyimiz Nişantaşının görüntülərini təqdim edirəm.

 

İstanbula qış səyahəti (II hissə)
İstanbula qış səyahəti (II hissə)
İstanbula qış səyahəti (II hissə)
17 yanvar 2013
GO BACK