Qadin.NET / Krit adası

Krit adası

Krit adası

 

Krit Yunanstanın ən böyük adasıdır. Paytaxtı İraklion şəhəridir.Deyilənə görə,Krit adsı dünyanın ən sehirli məkanıdır.Burada sirlərlə dolu,açması hələdə elmə gizli qalan məkanların sayı çoxdur. Adada hər şərait turistlərin rahatlığı və zövqü üçün düzəldilib.

 


Adanın görməli yerləri çoxdur."Zevs Allahının evi" görməli yerlərdən biridir.Orada coxlu mağara var.Hətta Allahlar atası Zevsin doğulduğu Dikteon mağarası buradadır.Deyilənə görə ildə bir dəfə bu mağarada qeyri-adi işıq parıldayır.Mağarada qəribə səslər eşidilir.

       

 

 


Krit adası fərqli çimərlikləri ilə də seçilir.Burada qum insana qəribə bir aura bəxş edir.Onun qeyri-adi qoxusu insanı heyran edir.Avropanın ən gözəl yeganə palma meşəsi də Krit adasında yerləşir."Vai" adlanan bu yer dənizin sahilindədir.



Krit adasının kiçik Elafonis adası var.Bu da ada içində adadır.Elafonisin yolu qorxulu filmləri xatırladır.Bir-birinə bitişmiş dağlar arasından keçən yolda qəribə bir uğultu var. Deyilənə görə, bu yolda orta əsrlərdə minlərlə insan ölüb. Bu uğultu da həmin ruhların fəryadıdır.Kritin cənub-qərbində yerləşən bu ada palitranı xatırladır.Burada hətta qum da çəhrayı rəngdədir.

 


 

Krit haqqında bunları bilmək lazımdır:

Özünlə 10 min dollara yaxın pul götürə bilərsən.Aldığın əşyaların dəyəri də 10 min dollardan yuxarı olmamalıdır.

Kritdən tarixi süvenirlər və ikonlar gətirmək qadağandır.

Burada xəstəlik üçün heç bir təhlükə yoxdur.Sular o qədər təmizdir ki,hətta küçənin ortasında bulaqdan su içə bilərsən.


 

Çimərlikdə ayaqyalın gəzmək qadağandır.Dəniz kirpiləri səni sanca bilər.

Mağazalar saat 8.00-dan 14.00-a kimi işləyir.Şənbə və bazar günləri hamı istirahətdədir.

Burada oğru yoxdur.İnsanlar avtomobillərinin pəncərəsini,qapısını açıq qoyub,istədikləri yerə gedə bilərlər.


 



Krit adası

 

8 yanvar 2013
GO BACK