Qadin.NET / Təbiət möcüzələri

Təbiət möcüzələri

Ağlınıza gəlməyəcək təbiət möcüzələrinə özünüzü hazırlayın. Dünyanın dörd bir tərəfində sonsuz təbiət möcüzəsi var. İndi sizlərə həmin möcüzələrin bir qismini göstərəcəyəm. Bu şəkillərdə heç bir fotoşəkil hiyləsi, ya da fotoshop tapılmayıb.  Buyurun izləyin smile

Əgər heç birinə inanmaq istəmirsinizsə, hər biri haqda məlumat tapa bilərsiniz.

Təbiət möcüzələri

 Gulfoss, İslandiya

 Ağ Çay üzərində iki qatlı və 32 metr yüksəkliyində olan şəlalədir. Davamlı yağışlar və əriyən buzlaqlar səbəbiylə yaz mövsümündə Avropanın ən böyük şəlaləsi halına gəlir. Gözəl və ecaskar görünüşü var.

Təbiət möcüzələri

Salar de Uyuni, Boliviya

Dünyanın ən böyük duz gölüdür.

Təbiət möcüzələri

 Moravia, Çexiya

Təbiət möcüzələri

Eşq tuneli, Ukrayna

Hər il bura cütlüklər səfər edir. Əfsanəyə görə, bu tunelə gəlib arzu tutan bütün sevgililərin arzuları qəbul olur. İlin bütün fəsillərində ziyarətçilərin üzünə açıqdır.

Təbiət möcüzələri

Zhangye, Çin

Bu dağın əsas özəlliyi rəngbərəng olmasıdır. Buna görə də bura gələn turistlərin sayı günü-gündən artır.

Təbiət möcüzələri

Grinell Dağı, Montana

Dağın qeyr-adiliyi ilin fəsillərində müxtəlif rəngdə görünməsidirBuna da buludlar səbəb olur.

Təbiət möcüzələri

Hang Son Doong Mağarası, Vyetnam

            Dünyanın ən böyük mağarası hesab olunan Hang Son Doon mağarası 2009-cu ildə bir fermer tərəfindən tapılıb. Hündürlüyü 200, eni 138 metr-dir. İçində olmaq risklidir. 

Təbiət möcüzələri

 The Stone meşəsi - Yunnan, Çin

Təbiət möcüzələri

Retba Gölü, Seneqal

Bu göl çiyələkli südü xatırladır. Gölün bu rəngdə olmasına səbəb tərkibində duzun və müxtəlif bakteriyaların çox olmasıdır. Gedən reaksiya nətiçəsində suyun rəngi dəyişib. Əslində elə də pis görünmür.

Təbiət möcüzələri

 Mt. Roraima, Venesuela

Adı "böyük yaşıl mavi" olan bu dağın hündürlüyü 1800 metrdir.  Dağa yalnız bir cığırla çıxmaq mümkündür.

Təbiət möcüzələri

The Wave, Arizona

Bu qayanın uzunluğu 63, eni 19 metrdir. Güclü yağışlar və küləklər nəticəsində əmələ gəlib, yəni erroziyaya uğrayaraq bu cür forma alıb.

Təbiət möcüzələri

Sokotra, Yəmən

 Adı "xoşbəxtlik adası" anlamını verən bu əsrarəngiz ada adının xüsusiyyətini daşıyır. Yuxarıdan baxıldığı zaman ada göbələyə, aşağıdan baxıldığı zaman isə yadplanetlilərin gəmilərinə, gülləri də fil pəncəsinə bənzəyir. Hər il yüzlərlə turist bura axın edir.

Təbiət möcüzələri

 Kristal mağara - Skaftafell, İslanidya

İslandiyanın Skaftafell bölgəsindəki aktiv yanardağda olan bu mağara dünyanın ən əhəmiyyətli təbii zənginlikləri arasında yer alır.

Kristal mağara adlanan bu buzlaq mağara gün işığında möhtəşəm görünür.

Təbiət möcüzələri

Cəhənnəm qapısı Derweze, Türkmənistan

Türkmənistan səhrasında 40 il sərasər alovlar içində olan və hələ də içində alov dilimlərinin oynadığı nəhəng dəlik var. Onun diametri 70 metrdir. Dəlikdə yanğın 40 il əvvəl qazıntı işləri aparan geoloqlar tərəfindən aşkar edilmiş keyfiyyətsiz təbii qazı yandırmağa qərar verəndə başlayıb. Bu qədər zaman keçməsinə baxmayaraq, dəlik hələ də yerində durur.

Təbiət möcüzələri

 Newfoundland, Kanada

Kim bu yerlərdə olmaq istəməz ki...

Təbiət möcüzələri

 Lapland, Finlandiya

Təbiət möcüzələri

 Chihuahua, Meksika

Təbiət möcüzələri
  Lisse, Hollandiya

Güllərdən ibarət bu sahə həqiqətən də göz qamaşdırır.

 

16 fevral 2013
GO BACK