Qadin.NET / Ən təhlükəli körpülər

Ən təhlükəli körpülər

Körpülər əslində həyatımızda ən əhəmiyyətli yeri tutan strukturlar arasındadır. Körpülər olmasaydı, nəqliyyat təxmin edə bilməyəcəyimiz qədər çətin olardı. Budur, insan əlindən çıxmış, ancaq son dərəcə təhlükəli olan körpülərlə tanış olun.

Ən təhlükəli körpülər

1. Ölümsüz körpü (Çin) 

Çinin Shandon bölgəsindəki Tai dağı min illərdir ki, dəyişik dini və mədəni inanclara ev sahibliyi edir. Çinin 5 müqəddəs dağından biridir və şəfəq, doğum və yenilənməni təmsil edir. Dağla gedərkən qarşınıza bu qorxunc körpü çıxır. Körpü 3 böyük və bir çox kiçik qayadan ibarətdirr. Altında bir vadi və cənub qismində ucsuz-bucaqsız bir uçurum yerləşir. Heç kim bu qayaların nə vaxt bu şəkildə bura yerləşdiyini bilmir. Ancaq ənənələrə baxılsa, Buz Dövründən bəri burada olduqlarını söyləmək mümkündür. 

Ən təhlükəli körpülər

2. Köhnə Konitsa Körpüsü (Yunanıstan) 

Yüz illərdir Aoos çayının üzərində uzanan körpüyə diqqətlə baxıldığı zaman təpə qisminin alt tərəfindəki zəng görünür. Kəndlilər bu zəngi çala biləcək qədər külək olduğu zaman körpüdən keçməyin təhlükəli olduğunu bildirir. Ancaq zəngin ölçülərinə baxıldığı zaman az qala xəfif bir meh əsdikdə də zəngin səslənəcəyi diqqətdən yayınmır.

Ən təhlükəli körpülər 

3.Carrick-a-Rede Kəndir Körpü (İrlandiya) 

Bu asma körpü Şimali İrlandiyadar. Körpü əsas quru sahəni kiçik Carrick adası ilə birləşdirir. Körpü 20 metr uzunluğunda və qayalıqlardan 30 metr yüksəklikdədir. İndiki vaxtda ümumiyyətlə, turistləri cəlb edən bir yer kimi tanınır. 2009-cu ildə bu körpünü 247 min turist ziyarət etmişdir. Küləkli hava olduqda körpüdə hərəkət etmək son dərəcə təhlükəli vəziyyət alır. 

Ən təhlükəli körpülər

4. Royal Gorge körpüsü (Kolorado) 

150 hektarlıq sahədə olan əyləncə parkında yerləşən körpü Arkansas çayı üzərində 291 metr yüksəklikdə yerləşir. 1929-2003 illər ərzində ən yüksək körpü adını almışdır. Asma körpü olan Royal Gorge 384 metr uzunluğunda və 5.5 metr genişliyindədir. 1292 taxta valdan ibarət olan bir piyada yolu da var. 46 metr yüksəkliyindəki dirəklərdən asılı dayanır.  

Ən təhlükəli körpülər

5. İnk Kəndir Körpüsü (Peru)

İnk kəndir körpüləri kanyonlar və təpələr arasındakı keçidi təmin edən sadə asma körpülərdir. İnk imperatorluğu dövründən bəri istifadə edilməkdə olan bu körpülər yalnız piyadalar tərəfindən istifadə edilirdi. Çünki İnk birliyində təkərli vasitələr hələ yox idi. Körpülərdən xüsusilə imperatorluq daxilində xəbərləşməni təmin edən elçilər istifadə edirdi. İnklər körpünü hazırlamaq üçün təbii liflər və bitkilərdən olan ipliklərdən istifadə etmişdilər.

 

25 mart 2013
GO BACK