Qadin.NET / Arzularımın və xəyallarımın şəhəri-Roma!

Arzularımın və xəyallarımın şəhəri-Roma!

Dünyanın ən möhtəşəm və əvəzsiz şəhərlərindən biri-Roma. Uşaqlıqda bir dəfə hansısa kanalda İtaliyanı göstərirdilər. Mən o vaxtı hələ balaca idim. Hər hansı bir şəhərin arzusunda olmayacaq qədər balaca (6-7 yaşlarım olardı). Amma İtaliyanı göstərəndə bir anlıq Roma şəhəri haqqında danışdıldı və ordakı məşhur və qədim tarixə malik Anfi teatrı gördüm. Yarısı uçuq, yarısı əzik, o qədərdə valehedici olmayan Anfi teatrı. Amma nə isə məni sanki valeh eləmişdi. O gündən bu günə qədər həmişə ROMA arzusu ilə yaşamışam. Çox istəmişəm arzularımın və xəyallarımın şəhərin doya-doya gəzim və bunu yorulmayaraq, saatlarla kiməsə təsuratlarımı danışım. Artıq inşallah o an yetişib. Bəlkə sizlər bu xəbərimi oxuyanda mən artıq Roma-da olacam. Nəhayət ki, arzularımdan biri çin olur. İnşallah elə Roma təsuratlarımı da burada sizlərlə bölüşərəm əziz dostlarım. Allah hamnızın arzusunu gerçək eləsin !

Bu da Roma şəhərinin bənzərsiz şəkilləri...

 

 

 

 

 




10 iyun 2012
GO BACK